KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aqşin Kerimov: Rusya general-polkovnik Aleksandr Lentsov təyin edilib

Aqşin Kerimov: Rusya general-polkovnik Aleksandr Lentsov təyin edilib

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
238 0
Rusiya sülhməramlı kontingentinin komandanının dəyişdirilməsini planlaşdırılmış rotasiya çərçivəsində həyata keçirilən təyinat kimi başa düşmək olardı. Lakin ortada olan bir neçə məsələ mövzuya fərqli istiqamətdən girməyi də aktual edir.
Burada iki versiya ağıla gəlir.
I
Azərbaycan Volkovun fəaliyyətindən məmnun deyildi, çünki Qarabağdakı ermənilərin ən böyük təxribatları məhz həmin generalın sülhməramlıların başında durduğu zamanlarda baş verdi. Azərbaycan Rusiya ilə danışıqlar zamanı ola bilsin ki, Volkovdan narazı tezisləri Kremlin diqqətinə çatdırıb və Moskva da onu dəyişmək qərarına gəlib. Azərbaycanın narazılığı əsasında sülhməramlıların komandanının dəyişdirilməsi təcrübəsi olduğuna görə bu versiya daha məntiqli səslənir.
Xatırladım ki, Qarabağdakı sülhməramlıların ilk komandanı Rüstəm Muradovun yerinə 2021-ci ilin sentyabrında Mixail Kosobokov təyin edilmişdi. Kosobokovun Azərbaycan Müdafiə Nazirliyində nazir Zakir Həsənovla keçirdiyi görüş görünür o qədər də xoş atmosferdə olmamışdı.
Çünki Müdafiə Nazirliyinin görüşlə bağlı yaydığı məlumatda heç bir foto yox idi – bu, məncə, Azərbaycanın Kosobokovdan nə qədər xoşu gəlmədiyinin göstəricisi idi.
Az keçməmiş Kosobokov geri çağırıldı, onun yerinə Gennadi Anaşkin gətirildi. Bu, artıq rotasiya qaydası çərçivəsində deyil, Bakının narazılıqlarının nəticəsi kontekstində izah edilə bilərdi.
II
Versiyanı bu cür səsləndirə bilərik ki, ümumiyyətlə, Rusiyanın özü Andrey Volkovun fəaliyyətini bəyənməyib və onu lazımi addımlar ata bilmədiyi üçün tənbeh stuluna oturdub. Çünki Volkov Rusiyanın regiondakı gücünün aparıcı fiquruna çevrilə bilmədi, Ruben Vardanyanı mühafizə edə bilmədi.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun müsahibəsinə gəlincə, bunun sülhməramlı kontingentin məzmununa o qədər də dəxli yoxdur. Çünki nəhayətdə onların başı üzərində zabitlər dayanacaq, əmr və göstərişlərə müntəzir olacaqlar. Bu, sülhməramlıların Rusiya üçün strateji funksiyasını dəyişə bilən motivə malik deyil.
Azərbaycan sülhməramlılar üzrə əməliyyatları diqqətdə saxlamalıdır və yeni komandanı, necə deyərlər, “təqib etməlidir”.
Aqşin Kerimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir