KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aqşin Kərimov: Vardanyan ÇƏTİNƏ düşdü, layihə olduğunu gizlədə bilmədi

Aqşin Kərimov: Vardanyan ÇƏTİNƏ düşdü, layihə olduğunu gizlədə bilmədi

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
212 0

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə məkrli gündəliklə gələn milyarder Ruben Vardanyan BBC-də “Hard Talk” verilişinə müsahibə verib.

Müsahibəyə konseptual baxış:

I

Vardanyan Kremlin siyasi texnoloqları tərəfindən hazırlanan layihənin elementidir, lakin siyasətdə hələ naşıdır. Bu xamlığını o, müsahibədə əyani formada göstərir.

II

Vardanyan müsahibəsində Rusiya, Fransa və ABŞ-yə təriflər yağdırmaqla özünün Qarabağa hansı gündəliklə gəldiyinin üzərini örtməyə çalışır.

III

Vardanyan özünü “müstəqil dövlətin” naziri kimi qələmə vermək üçün dəridən-qabıqdan çıxsa da, cavablardan yayınmaqla özünün müstəqil iradəsi olmadığını ortaya qoyur.

Vardanyan özünü 3 əsas sualdan qaçırdır.

1. Ermənistanın baş naziri Nikol Paşinyanla arasındakı ixtilafların mətnini elan etməkdən çəkinir.

2. Rusiya Prezidenti Vladimir Putinlə yaxın münasibətdə olmasını etiraf etmir.

3. Rusiya-Ukrayna müharibəsinin Ermənistana təsirləri barədə suala cavab vermir.

Rusiya Ruben Vardanyanı Ermənistana hazırlayır, söhbət heç də ondan getmir ki, Vardanyan mütləq Paşinyanı devirəcək və hakimiyyətə gələcək.

Məsələnin mahiyyəti:

– Qarabağdakı tramplin üzərindən Vardanyanın Ermənistana tulladılması nəzərdə tutulur.

– Vardanyan Gürcüstanda boz kardinala çevrilən Bidzina İvanişvilinin protitipi olmağa namizəddir.

– Rusiya Vardanyanı, Ermənistanda qibləsini Qərbə çevirən Paşinyan hakimiyyətini cəzalandırmaqda vasitə kimi istifadə edir. Burada Paşinyanın devrilməsi ssenarisi də mövcuddur, ona ciddi təsir edəcək alternativ institut yaradılması ssenarisi də.

– Rusiya Ermənistanda Robert Koçaryan və Serj Sarkisyanın nüfuzunun darmadağın olmasından sonra Vardanyanı zühur etdirərək itkilərini kompensasiya etməkdə maraqlıdır.

Deməli, Vardanyan Paşinyana müxalifdir – özü də Kremlin mətbəxində hazırlanmış və erməni xalqının iradəsini əks etdirməyən siyasi obraz kimi.

Burası da var ki, Vardanyanın Ermənistana keçidi üçün o, hələ Qarabağda Rusiyanın təlimi ilə bəzi məşqləri etməlidir.

Birinci: Vardanyan özünü maksimal tanıtmalı və Paşinyanın proseslərdə funksiyaya malik olmadığını göstərməlidir.

İkinci: Vardanyan Azərbaycan ərazilərindəki təbii sərvətləri talamaqla varlanmağı davam etdirməlidir. Əldə ediləcək qeyri-leqal gəlirlər növbəti siyasi layihələrin maliyyə tutumu üçün lazımdır (ətraflı rəy bölümündə).

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir