KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Aqşin Kərimov: Rusiya-Ukrayna müharibəsi: Britaniyanın Hindistanla bağlı planları

Aqşin Kərimov: Rusiya-Ukrayna müharibəsi: Britaniyanın Hindistanla bağlı planları

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
339 0

Qərbin strateji ideyalarının generatoru Böyük Britaniya Hindistanla münasibətləri dərinləşdirərək onu Rusiyaya olan simpatiyadan əl çəkməyə təhrik edən addımlara gedir.

Britaniyanın baş naziri Boris Consonun Hindistana səfəri də rəsmi Dehlini formalaşan yeni dünya nizamındakı yerini müəyyənləşdirməyə hesablanıb.

Hindistan Rusiya-Ukrayna müharibəsində birtərəfli mühakimələrə girişmir və strateji bitərəf mövqeyini qoruyub saxlayır.

Lakin Hinidistanın bu duruşu onu Ukrayna məsələsində Rusiya tərəfə sürüşdürür, çünki Hindistan kimi nəhəngin “neytral” statusu Moskvanın əlinə işləyir.

Hindistan bununla bir növ Rusiyaya sədaqət göstərdiyini izhar edir. Niyə də olmasın, axı, Hindistan Çinlə sərhəd münaqişəsi yaşayır.

Buna görə də, Hindistanın Çinə qarşı çəkindirici vasitə kimi Rusiya hərbi texnikasına ehtiyacı var və Moskva bu ehtiyacları qarşılayır.
Dehli isə bu yaxşılığı unutmur, Qərbin Rusiyanı sanksiyalarla boğmaq məqsədlərinə şərik olmur və Rusiyadan aldığı neftin həcmini artırır.

Britaniya isə Rusiyaya axan pulların qarşısına bənd tikmək məqsədlərindən uzaqlaşmır və Hindistanı öz tərəfinə çəkmək istəklərini aydın şəkildə nümayiş etdirir.
Britaniya ilə Hindistanın çoxspektrli əlaqələri mövcuddur, iqtisadi-ticari əlaqələrdə investisiya axınının artması niyyəti ikitərəfli münasibətlərdə xoşməramlı mesaj kimi ifadə edilir.

Hind okeanı regionunun təhlükəsizlik zolağında “üzməsi” Britaniya üçün də, Hinidtsan üçün də vacibdir, bu amil də hər iki ölkəni bir-birinə yaxınlaşdırır.

Ancaq Hindistanı Rusiyanın çətiri altından dartıb çıxarmaq Britaniya üçün əməlli-başlı xərc deməkdir.

Bununla belə Britaniyanı maliyyə tutumu çox da düşündürmür, o, hər vəchlə Hindistanla təhlükəsizlik və müdafiə sahəsində yeni növ əməkdaşlıq mexanizmləri qurmaq istəyir.

Britaniya-Hindistan münasibətlərinin dinamikası Hind-Sakit Okean regionunda bundan sonrakı meyllərin müəyyənləşməsi baxımından önəmlidir, amma münasibətlər strateji müttəfiqlik səviyyəsinə qalxmayıb.

Hindistanın Rusiya oxundan uzaqlaşması isə çətin görünür, gərək Britaniya Hindistana elə silahlar verə ki, bu, Moskvadan gələn texnikaları əvəz edə…

Aqşin Kərimov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir