KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Aqşin Kərimov: Rəisi Putinlə görüşə hazırlaşır: Rusiya ilə İsrail isə saatları tutuşdurur

Aqşin Kərimov: Rəisi Putinlə görüşə hazırlaşır: Rusiya ilə İsrail isə saatları tutuşdurur

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
346 0

İran üçün taleyüklü amil olan nüvə proqramı məsələsinin beynəlxalq güclərin növbəti dəfə masaya qoyulması ərəfəsində İran Prezidenti İbrahim Rəisinin Rusiyaya səfəri gözlənilir.
İranda prezidentlik institutu daha çox iqtisadi prioritetlərlə çalışır, bu mənada Rəisi Rusiya lideri Vladimir Putinlə görüşü zamanı daha çox iqtisadi paketlərə yeni nəfəs verilməsini müzakirə edəcək.
Cənubi Qafqazda yaranan yeni reallıq regional iqtisadi-ticari əlaqələrin istiqamətini şaxələndirdiyindən Zəngəzur dəhlizinin açılması qaçılmaz bir zərurətə çevrilir.
İran da bu dəhliz çərçivəsində yaranacaq formata qoşulacağını bəyan edib, ona görə də, Putin-Rəisi gündəliyindəki mövzulardan biri də Zəngəzur koridoru ilə bağlı olacaq.
Bu dəhliz Rusiyaya da, İrana da yeni iqtisadi fürsətlər təqdim edir, indi əsasən də İran bu fürsətləri düzgün dəyərləndirib özü ətrafında yaranan təcridi yarmağa çalışmalıdır.
Putin-Rəisi “qarşılaşmasında” İranın nüvə proqramınına dair müzakirələrin gedişatı, gəlinə biləcək nəticələr müzakirə predmetinə çevriləcək.
İranın şərti: Sanksiyalar aradan qaldırılsın və Hərtərəfli Birgə Fəaliyyət Planına qayıdış təmin edilsin.
Altılıq ölkələrinin (ABŞ, Britaniya, Fransa, Rusiya, Çin+Almaniya) şərti: İran nüvə proqramlarını məhdudlaşdırsın və beynəlxalq müşahidəçilərin nüvə təsisatlarına girişinə əngəl yaratmasın.
Danışıqlarda nəticənin hasil edilməsi qarşılıqlı iradə səviyyəsinin düz mütənasibliyindən asılıdır, hərçənd ki, müzakirələrdə ortaya qoyulan şərtlərlə bu, çətindir.
Altılıq ölkələrinin beşi nüvə dövlətidir, onlardan heç biri İranın nüvə proqramının genişlənməsini istəmir.
Rusiyanın özünün İranla isti münasibətləri olsa da, Tehranın nüvə proqramının nüvə silahı yaratmaq potensialına doğru yol aldığı qənaətindədir, buna görə də, Moskva da bu məsələdə Tehrana qarşı cəbhədə yer alır.
İsrail danışıqların tərəfi olmasa da, İrana qarşı cəbhənin güclənməsində israrlıdır və resurslarını bu istiqamətdə xərcləyir.
Təsadüfi deyil ki, Rəisinin Rusiya səfərindən öncə İsrailin baş naziri Naftali Bennet Vladimir Putinlə telefon danışığı apardı.
İsrail Putin-Rəisi görüşündən öncə saatlarını bir daha Kreml “əqrəbləri” ilə tutuşdurur, Rusiya son illər İsrailin təkliflərinə jestlə cavab verən siyasi xətt yürütdüyündən onun üçün İsrail maraqları daha ön plandadır.
Düzdür, Suriya böhranında Rusiya ilə İsrail əks mövqeləri ifadə etsələr də, onlar münaqişə zamanı bir-birinin boğazına ip salmağa çalışmadı, əksinə tərəflərdən birinin addımına digəri göz yumdu.
Rusiyanın Suriya səmasına nəzarəti və İsrail üçün güzəştli hərbi xidməti İsraili də Moskvanın yanında olmaq üçün diqqətli davranmağa məcbur edir.
Moskva özünü bir növ İranla İsrail arasında əsas “vasitəçi” kimi yerləşdirir, hər iki tərəfin xoşuna gəlmək üçün tarazlıq saxlamağa cəhd edir, amma bağlı qapılar arxasında İsraili daha çox “sevdiyini” bəyan edir.
Yəni, İsrailin təsir rıçaqlarının çox olması, əməkdaşlıq səviyyəsinin qalxması Rusiyanın diplomatik balansını İsrail tərəfə əyir. Əyilmə nöqtəsinin səbəblərindən biri də iki dövləti birləşdirən ortaq dəyərin – nüvə silahlarının – olmasıdır.
Üstəgəl, beynəlxalq aləmdə İranın təcridi güclənir ki, Moskva burada İrana münasibətdə tərəfdaşlıq statusunu arxa plana keçirir və beynəlxalq səylərə “töhfə verir”.
Bir sözlə, İran diplomatiyasının sınağa çəkildiyi bir zamanda Rusiyadan da əhəmiyyətli dəstək ala bilmir.
Aqşin Kərimovkafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir