KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Aqşin Kərimov: Klaar Əliyevin qəbulunda: Bakının gözləntisi

Aqşin Kərimov: Klaar Əliyevin qəbulunda: Bakının gözləntisi

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
319 0

Avropa İttifaqının Azərbaycan-Ermənistan normallaşması prosesinə əsaslı töhfələr verən addımlara can atması Bakının regional və beynəlxalq əhəmiyyətindən, enerji bazarlarında oynadığı roldan irəli gəlir.

Fevralın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın trafikini Bakıya salaraq Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olması intensiv təmasların göstəricisidir.

Azərbaycan Avropa İttifaqının postmünaqişə dövründəki ədalətli bitərəfli mövqeyindən razıdır, hərçənd ki, əvvəllər vəziyyət bir qədər fərqli idi.

Azərbaycanla Avropa İttifaqı arasında şaxələndirilən əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçidini yeni saziş nizamlayacaq.
Saziş layihəsinin 90 faizi razılaşdırılıb və yaxın aylarda imzalanacağı gözlənilir.

Bu sənəd Cənubi Qafqazda yaranan yeni reallıqda Avropa İttifaqını Azərbaycanın yanında dayanıqlı yer alması üçün stimullaşdırıcı rol oynayacaq.

Daha aydın təsəvvür yaratmaq üçün deməliyik ki, hazırda sənəd üzərində danışıqlar, müddətin uzadılmasına və yeniliklər əlavə olunmasına hesablanıb.

Avropa Qonşuluq Siyasətinin yenilənməsindən sonra Avropa İttifaqı Azərbaycanla yeni Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar apardı.

Prezident İlham Əliyevin iştirakı ilə 2018-ci ilin iyulun 11-də Brüssel şəhərində sənəd üzrə danışıqların bitməsini qeyd edən mərasim keçirildi.

Sənəd həmin ilin sentyabrın 28-də Azərbaycan – Avropa İttifaqı Əməkdaşlıq Şurasının tövsiyəsi ilə qəbul edilmiş və həmin tarixdən qüvvəyə mindi.

Hazırda əməkdaşlığın daha da dərinləşməsini özündə ehtiva edən yeni müddəaların sənəddə öz əksini tapması ilə bağlı danışıqlar gedir. Sənədin müddətinin 2027-ci ilədək uzadılması istiqamətində iş aparılır. Əsas mübahisə yaradan məsələ isə qazın idxal və ixrac qiyməti ilə bağlı Bakı qarşısında qoyulan tələbdir. Bakıdan o da istənilir ki, Dünya Ticarət Təşkilatına üzv olsun. Amma Bakı bu addımları riskli sayır.

Bütün detallar açıqlanmasa da, bildirmək olar ki, yeni sənəd yeni reallıqlar kontekstində:

1. Qurumların gücləndirilməsinə və yaxşı idarəçiliyə təkan verəcək,

2. İqtisadi inkişafı sürətləndirəcək və bazar imkanlarını genişləndirəcək,

3. Bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyətinə dair koordinasiya yaradacaq.

Prezident İlham Əliyev Klaarla görüşdə deyib ki, saziş üzrə danışıqların intensiv şəkildə aparılması və onun tez bir zamanda yekunlaşdırılması üçün müvafiq qurumlara tapşırıqlar verilib.
Avropa İttifaqının Bakı ilə İrəvan arasında normallaşma prosesindəki iştirakı onun Azərbaycanla əlaqələrinə yeni rəng qatır.

Bu isə Azərbaycanla Avropa İttifaqı arasındakı dialoqları konstruktiv hala gətirir.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin əlaqələrin inkişafına töhfəsi, postmünaqişə dövründə təşkilatın müxtəlif layihələrin dəstəklənməsi üçün iki Azərbaycana milyard avro dəyərində güzəştli kredit xətti ayırması Bakıya verilən önəmin göstəricisidir.
Avropa İttifaqının qarşısında daha bir öhdəlik dayanır.

Belə ki, fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilmişdi.

Həmin görüşdə İlham Əliyev birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşən 3890 vətəndaşın taleyinə aydınlıq gətirilməsinin vacibliyini bildirmişdi.

Hazırda isə Avropa İttifaqı təşəbbüskar olduğu həmin görüşdə əldə olunan razılığın reallaşması istiqamətində çalışmalıdır və Ermənistanın konstruktiv mövqeyə dəvət etməlidir.

Aqşin Kərimov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir