KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Aqşin Kərimov: Fransa səfirliyinin iki əməkdaşını “persona non grata” elan edib

Aqşin Kərimov: Fransa səfirliyinin iki əməkdaşını “persona non grata” elan edib

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
101 0

Azərbaycan hökuməti Fransa səfirliyinin iki əməkdaşını “persona non grata” elan edib.

Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etmələri tələb edilib. Azərbaycan Xarici İşlər Nazirliyi müvafiq notanı Fransa səfiri Ann Buayona təqdim edib.

Həmin iki diplomatın Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan edilməsi Fransanın kəşfiyyat fəaliyyəti ilə əlaqəlidir.

Böyük bir ehtimalla həmin diplomatlar Fransanın regiondakı və Azərbaycandakı kəşfiyyat fəaliyyətini kurasiya ediblər.

Yəqin ki, Azərbaycan xüsusi xidmət orqanları həmin diplomatların kəşfiyyat axınındakı izlərinə düşərək tutarlı məlumatlar əldə ediblər.

Həmin iki diplomat, ehtimal ki, ya birbaşa Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) əməkdaşı olublar, ya da onun direktivlərini icra ediblər.

Fransa isə Azərbaycanın əldə etdiyi hər hansı məlumatların müqabilində deyəsi söz tapmayıb və Paris masada Azərbaycan kəşfiyyatı ilə diplomatiyasının birliyinə məğlub olub.

Diplomatik etiketlərə uyğun olaraq Azərbaycan onların adlarını açıqlamır.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir