KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Aqşin Kərimov: Cinpin-Putin tandeminin məqsədləri: Münasibətlərə yeni “qaz verilir”, Qərb hədələyir

Aqşin Kərimov: Cinpin-Putin tandeminin məqsədləri: Münasibətlərə yeni “qaz verilir”, Qərb hədələyir

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
352 0

Rusiya-Çin əlaqələrinə strateji müttəfiqliyə xas olan unikal tezislərlə yanaşmaq yanlış olardı, Moskva ilə Pekin müttəfiqliyə can atan rəqiblərdir.

Moskva ilə Pekinin strateji yaxınlaşmasını qidalandıran mənbə Qərbin Rusiya və Çinə tətbiq etdiyi siyasətdir, Qərbdən “əsən küləklərin” Asiyada siyasi konstruksiyaları yıxmaması üçün birgə müdafiə mexanizmlərinə ehtiyac yaranır.

Qısası, Çinlə Rusiyanın tutuşdurduğu siyasi dəyərin təməlləri Qərb amilinə dayanır. Hər iki dövlətin hərbi-siyasi, iqtisadi güc mərkəzində yer alması və tarixdən qaynaqlanan siyasi ambisiyaları isə onların strateji şərikliyinin miqyasının artmasına maneə yaradır.
Buna görə belə düşünmək sadəlövhlük olardı ki, Çinlə Rusiya ədəbi və sarsılmaz müttəfiqdirlər. Onların “qardaşlığı” yalnız situativ geosiyasi tələblərə əsaslanır.

Rusiya Prezidenti Vladimir Putinin Pekin olimpiadasının açılışda iştirak üçün Çinə yollanması, Çin lideri Si Cinpinlə isti təmasları həmin situativ düzənə verilən simvolik reaksiya idi.

Qərbin müstəsna sanksiya diplomatiyası istedadı önündə duruş gətirmək üçün Putin-Cinpin tandemi müştərək maraqları gücləndirmək əzmini nümayiş etdirir.

Putinin Pekin səfərində qəbul edilən birgə bəyanatın ruhu belə deməyə əsaslar verir.

Bu səfər beynəlxalq quruluşun xarakterinin “qazlandığı”nı bir daha gözlər önünə səfər, Putinin Pekin trafikini Rusiyadan Çinə qaz tədarük edəcək yeni boru kəmərinin tikintisini nəzərdə tutan müqavilə müşayiət etdi.

Bu müqavilə ilə:

1. Çinə yeni boru xətti ilə ildə 10 milyard kubmetr qaz veriləcək, bununla da Moskva-Pekin xəttinə əlavə qaz vurulacaq, yəni Rusiyadan qaz ixracı genişlənəcək.

2. Qiymətə dair sövdələşmə avro kursu ilə müəyyən olunacaq.

Bu, Rusiya qazının Avropa bazarlarında sıxışdırılması üçün Qərbin səylərinin gücləndiyi dövrdə baş tutur, amma heç də bu o demək deyil ki, Rusiya Avropa üçün nəzərdə tutduğu qazı başqa səmtə yönəldəcək. Çünki Rusiyanın Çin və Avropa bazarları üçün nəql marşrutu müxtəlif boru kəmərləri şəbəkələrinə əsaslanır.

Moskva-Pekin arasındakı yeni qaz müqaviləsi sadəcə Qərbin potensial sanksiyalarının maliyyə zərərlərini minimuma endirməyə kömək edə bilər.

Ancaq Qərbin də Moskva-Pekin xəttindəki qazı azaltmaq üçün “B” planı mövcuddur, bu planın detalları açıqlanmasa da, xarakterini ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Praysın bəyanatı yaxşı ifadə edir. Yəni ABŞ-ın Rusiya və Pekinə qarşı alternativ təzyiq alətləri mövcuddur.

Cinpin-Putin birgə bəyanatı NATO-nun ekspansiya siyasətinə qarşıdır, hərçənd ki, Moskva ilə Pekin bununla öz ekspansiyasını genişlədən yeni əsaslar yaratmağa can atır.

Mövcud əsasların dəyişdirilməsi üçün birgə potensialın ortaya qoyulmasını stimullaşdıran digər səbəb Qərbin yeni modellə beynəlxalq sistemdə mövqelərini bərkitməsi ilə əlaqəlidir. Söhbət Britaniya, ABŞ və Avstraliyanın yaratdığı AUKUS üçtərəfli ittifaqından gedir.

Moskva və Pekin düşünür ki, bu ittifaq onların qlobal təhlükəsizlik konsepsiyalarını təhdid altına gətirir, elə buna görədir ki, Cinpin-Putin bəyanatında AUKUS-un Asiya-Sakit Okean regonunda təhlükəsizlik və davamlı inkişaf məqsədlərini pozduğu dilə gətirilib.

Görünən odur ki, soyuq müharibə ovqatı bəşəriyyətin başı üzərindən qeybə çəkilməyib, əksinə yeni düzəndə yeni forma ilə zühur edir.

Yeni dünya nizamının yaradılması cəhdi beynəlxalq münasibətlərdəki sistemləri, öz fərdi dəyərlərinə uyğunlaşdırmaq üçün əzəmət, iradə, intellektual stimullarla müşayiət edilir:

1. Rusiya tarixi ritminə geri qayıdaraq enerjisini ağırlıq mərkəzinə gətirir,

2. Çin əlavə iqtisadi alətlər qazanır,

3. ABŞ və Britaniya isə yeni-yeni strateji ideyalar üzərində baş sındırır.

Qarşılıqlı çəkişmələr, hibrid müharibələr, qəbahətli intriqaları gücləndirəcək.

Təbii qaz amili çox vacib maddi dəyər olaraq qalacaq, Qərb alternativ enerji mənbələrinin axtarışı üçün genişmiqyaslı planlarını işə salacaq.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir