KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Aqşin Kərimov: Britaniya silahları, Ərdoğanın bəyanatı, Əliyevin Putinə zəngi

Aqşin Kərimov: Britaniya silahları, Ərdoğanın bəyanatı, Əliyevin Putinə zəngi

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
308 0

Azərbaycan Ukrayna böhranından çıxış yolları təklif edən beynəlxalq diplomatik fəaliyyət maşınının çarxına çevrilir, Prezident İlham Əliyevin Kiyevə səfəri də Rusiya-Ukrayna münaqişəsinin həllinə töhfə vermək məqsədi daşıyırdı.

Əvvəlcədən qeyd etdiyimiz kimi, İlham Əliyevin səfəri Azərbaycan-Türkiyə-Ukrayna üçlüyünün müştərək maraqlarının bəyanı, eyni zamanda Bakı-Ankara-Moskva maraqlarının Ukrayna mövzusunda uzlaşdırılması baxımından əhəmiyyətli idi.

Ancaq hər keçən gün Ukrayna ətrafında yaranan situasiyanı daha da gərginləşdirir və Moskva-Kiyev qarşıdurması ehtimalları güclənir.
Belə bir məqamda Qərbin “boz kardinalı” olan Böyük Britaniya Ukraynanı silahlandırır, görünür ki, bu az da olsa Rusiya üçün çəkindirici faktora çevrilir.

Yanvarın 18-də Ukraynaya tuşlanan silahların atış vəziyyətindən çıxarılması üçün yüksək səviyyəli siyasi-diplomatik təmaslar davam etdirildi:

– Tükiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın işğal ssenarisinin mümkünsüzlüyünə diqqət çəkdi,

– Cənab Ərdoğan İlham Əliyevlə və rusiyalı həmkarı Vladimir Putinlə Ukrayna mövzusunu müzakirə edəcəyini bildirdi.

– İlham Əliyev Ərdoğanın məlum bəyanatından sonra Rusiya Prezidenti Vladimir Putinə zəng etdi, Ukrayna münaqişəsi də liderlərin müzakirə predmetinə daxil oldu.

– Ərdoğanın Ukraynaya səfəri gözlənilir.

Britaniyanın Ukraynaya yeni silahlar göndərməsi fonunda baş tutan danışıqlar ən azından hərbi əməliyyatlar planını bir qədər arxa plana salır.

Bunu sübut edən digər arqument budur ki, ABŞ və Rusiya baş diplomatlarının (Entoni Blinken və Sergey Lavrov) Cenevrədə danışıqlar masasına əyləşəcəyidir.

Növbəti təmasların isə Azərbaycan-Türkiyə-Rusiya üçbucağında baş tutacağını söyləyə bilərik, Bakının mövqeyinə müraciət edilməsinin səbəblərinə gəlincə, bu, Azərbaycan dövlətinin regional oyunçuya çevrilməsinin göstəricisi kimi qəbul oluna bilər.

Təbii ki, Rusiya Ukrayna məsələsində Azərbaycandan dəstək gözləyir, amma Bakı buna getməyəcək, ən azından iki səbəbə görə:

1. Rusiyaya dəstək ərazi bütövlüyü məsələsində Azərbaycan üçün də təhlükəli presedent yaradar. Üstəgəl, Azərbaycanın siyasətində ölkələrin ərazi bütövlüyü məsələsi qırmızı xətlə keçir,

2. Bakı regional və qlobal miqyasda nüfuz dairələrinin bölüşdürülməsi uğrunda aparılan mübarizədə mövqeyini Ankaranın maraqları ilə uyğunlaşdırır.

NƏTİCƏ:

1. Təmaslar həm də Britaniya amili bağlıdır. Britaniyanın qlobal siyasətə dair konsepsiyasında Azərbaycanla və Türkiyə ilə əlaqələrin dərinləşdirilməsi məsələsi yer tutur,

2. Azərbaycan postsovet ölkələrindəki prosesləri diqqətlə izləyir və baş verə biləcək hadisələrin ölkəyə təsir etməməsi üçün çalışır,

3. Bakının regional aktora çevrilməsi yeni dünya nizamının yaradılmasına verilən strateji reaksiyadır və bu, dövlət üçün mütləqdir…

Aqşin Kərimov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir