KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Aqşin Kərimov: Azərbaycanın 5 maddəlik təklifinə Ermənistan “6” ilə cavab verdi: Nələr gözlənilir?

Aqşin Kərimov: Azərbaycanın 5 maddəlik təklifinə Ermənistan “6” ilə cavab verdi: Nələr gözlənilir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
330 0

Ermənistan Azərbaycanla münasibətlərin normallaşması üçün rəsmi Bakının təqdim etdiyi 5 maddəlik baza prinsipini özündə ehtiva edən təkliflərinə 6 təkliflə cavab verib.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.

İrəvanın 6 bəndlik cavabı prinsipcə Azərbaycanın maraqlarına qarşı yönələn tezislər üzərində qurulmayıb.

Azərbaycanın sərhədlərin delimitasiya və demarkasiya prosesi ilə bağlı istinad etdiyi xəritələr görünür ki, İrəvan tərəfindən qəbul edilib. Çünki Qriqoryan deyib ki, bütün xəritələr, tarixi faktlar məlumdur və Azərbaycanın da bu xəritələrlə tanış olmaq imkanı var. Sözsüz ki, Qriqoryan burada daha çox erməni təbliğatının məhsulu olan təhrif edilmiş xəritələrdən söz aça bilər, amma onun “bütün” sözünü işlətməsi Bakıya danışıqlarda üstünlük təmin edən manevrlər üçün geniş imkanlar verəcək.

Ermənistan burada da Azərbaycanın suverenliyini tanıdığını elan edir və Qriqoryan 1992-ci ildə MDB çərçivəsindəki qəbul edilən qarşılıqlı tanınmanı gündəmə gətirir.

Lakin İrəvan Qarabağ mövzusunda yenidən nala-mıxa vurur və statusdan danışır, hərçənd ki, budəfəki status fərqli motivlərdə təqdim edilir.

Qriqoryanın Qarabağdakı ermənilərin hüquqlarını və təhlükəsizliyini təmin edilməsinin yedəyində status mövzusunu ikinci planda təqdim etməsi belə deməyə əsas verir ki, İrəvan bulanıq sularda balıq tutmaq üçün cəhdlərini hələ də yerə qoymadığını göstərir. Bu isə əslində Ermənistan xalqının könlünü almaq üçün metodun tərkib hissəsi kimi qələmə verilə bilər.

Onsuz da rəsmi Bakı Qarabağdakı ermənilərə Azərbaycan yurisdiksiyası altında hüquqlar tanıyacağını bəyan edir və Qriqoryanın bu səpkidə açıqlaması da Bakının təməl maraqlarına qarşı çıxış edən tezis halına gələ bilməyəcək.

Bununla belə, Qarabağa dair Ermənistanın təklifi ərazi münaqişəsi yox, hüquqi-təhlükəsizlik məsələsi kontekstində gözə çarpır ki, bunun özü də Ermənistanın ağıllı olmaq üçün bəlli məsafə qət etdiyinin nişanəsidir.

Ermənistan bilir ki, Azərbaycan status məsələsinin üzərindən xətt çəkib və bunu ölkənin hüquq sistemində təsbit edib (Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması kontekstində).

Bu isə beynəlxalq hüquq üçün də keçərlidir, çünki yerli ərazi-idarəetmə sistemi beynəlxalq hüquqda həmin ölkənin yurisdiksiyası kimi tanınır və beynəlxalq hüququn prinsipləri ilə hər hansı ziddiyyət təşkil etmir.

Üstəgəl, Ermənistan əgər indiki mülayim mahiyyətindən ayrılıb özünü revanşizmin zirvəsinə dırmaşdırmağa çalışsa, bunun daha ağır bədəli olacaq.

Digər mövzu anklavlar məsələsidir, hazırda əlamətlər bunu deyir ki, bu, sülh sazişinə dair baza prinsiplərinin üzərində inşa ediləcək bəndlər çərçivəsində müzakirə üçün aktuallıq qazanacaq.

Aqşin Kərimov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir