KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aqşin Kərimov: Azərbaycan-Rusiya-İran: Dollardan imtina mümkündürmü?

Aqşin Kərimov: Azərbaycan-Rusiya-İran: Dollardan imtina mümkündürmü?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
293 0

Rusiya-Ukrayna müharibəsi davam etdikcə, dövlətlər özünün iqtisadi potensiallarını daha çox gəlir gətirən müstəviyə çıxarmaqdan ötrü çalışır. Bununla qlobal iqtisadi təzyiqlərə qarşı maksimal qoruyucu mexanizm formalaşdırırlar.

Bu məqsədlə tranzit imkanlarının artırılması qarşıda dayanan iqtisadi çağırışlar siyahısında xüsusi yer tutur.

Azərbaycanın da tranzit imkanları genişdir, hərçənd ki, bunu hələ üst səviyyəyə qaldıra bilməyib. Lakin Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində – Şərq-Qərb və Şimal-Cənub, Azərbaycan-Avropa-Qafqaz nəqliyyat koridorlarında – tranzit əhəmiyyəti şaxələnir.

Azərbaycan Avropa-Qafqaz-Asiya (TRASEKA) beynəlxalq nəqliyyat dəhlizi ilə tranzitini genişləndirib, indi təqdim edəcəyimiz rəqəmlər belə deməyə əsas verir.

Dövlət Statistika Komitəsinin datalarına əsasən, 2019-cu ildə həmin marşrut üzrə Azərbaycandan 52762 ton yük daşınıbsa, 2020-ci ildə bu rəqəm kəskin enişə məruz qalaraq 38491 ton təşkil edib.

Bunun səbəbi koronavirus pandemiyasının yaratdığı məhdudiyyətlərlə əlaqədar idi. Ancaq bu yükdaşımaların tranzit şkalası üzrə artıma mənfi təsir etməyib. Belə ki, həmin nəqliyyat koridoru ilə Azərbaycandan 2019-cu ildə 8077 ton tranzit yük daşınıbsa, 2020-cu ildə bu rəqəm 8382 tona yüksəlib.

Pandemiya ilə əlaqədar tətbiq edilən sərt karantin rejimləri yumşaldıqca, həmin dəhliz üzrə Azərbaycandan daşınan ümumi yüklərin çəkisində yenidən canlanma müşahidə edilib.

2021-ci ilin yanvar-mart ayları üzrə ümumi yükdaşımaların bu dəhliz üzrə Azərbaycandan daşınan həcmi 10176 ton olubsa, 2022-ci ilin müvafiq dövründə yüksəlmə müşahidə olunaraq həmin rəqəm 10858 tona qalxıb. Bu, tranzit yükdaşımaların həcminin də artan şkala üzrə artmasına gətirib çıxaracaq.

Azərbaycan özü tranzit qiymətlərini müəyyən edir və büdcəyə tranzitdən gələn pulların həcmi genişlənir.

Neft və neft məhsullarının Azərbaycan Respublikasının ərazisindən ayrı-ayrı istiqamətlər üzrə dəmir yolları və dəniz nəqliyyatı vasitəsilə tranzit daşınması xidmәtlәrinin tariflərinin yuxarı həddi mövcuddur.
Bu barədə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının saytında məlumat yerləşdirilib.

Tariflər bir ton yük üçün istiqamətdən asılı olaraq fərqli qiymətlərə (dollarla) əsaslanır.

2021-ci ildə neft və qazın Azərbaycan Respublikasının ərazisindən nəqlindən əldə olunan tranzit haqqı 12,6 milyon ABŞ dolları təşkil edib.

Ancaq Azərbaycan təkcə, neft məhsullarının daşınması ilə işin bitmədiyini bilir. Azərbaycan daha cəlbedici təkliflər hazırlayır və tranzit yükdaşımalarda bir məhsula fokuslanmaq siyasətindən kənarlaşır.

Bakı-Tbilisi-Qars dəmir yolu bunu stimullaşdırır, bu yolla yüklərin Asiya və Avropaya daşınması reallaşır.

Azərbaycanın “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizində rolunu gücləndirməsi və gəlirlərini artırmaq hədəflərini öz dəmir yolları sistemlərinin İranın dəmir yolları şəbəkəsi ilə birləşdirməsi zərurətini yaradır.

“Şimal-Cənub” (Hindistandan başlayır) Rusiya, Hindistan və İran bazarı üçün önəm daşıyır, bu, onlar üçün daha çox yük daşınmasına nail olmaq deməkdir, amma Azərbaycanın cənub qonşusu ilə bəzi iqtisadi layihələri reallaşmamış qalır.

“Şərq-Qərb” layihəsi “Şimal-Cənub”a rəqib kimi dəyərləndirilə bilər (Çindən başlayır. Hər iki layihə Avropa ilə ticarət mübadiləsini genişləndirməyə hesablanıb). Amma Azərbaycan hər ikisində iştirakını şaxələndirməyə və reallaşması gözlənilən Zəngəzur koridorunu bu dəhlizlərə inteqrasiya etməyi qarşısına məqsəd qoyur.

“Şimal-Cənub” layihəsi çərçivəsində Azərbaycan, Rusiya və İran üçtərəfli bağları iqtisadi əsaslarla bərkitmək istəyir. Bunun üçün Rəşt-Astara dəmir yolu çəkilməlidir, amma tikintinin İran tərəfinə düşən hissəsində ləngimələr müşahidə edilir.

Yəni, İran İslam Respublikası ərazisində Rəşt-Astara (167 km) sahəsində dəmir yolu tikilməlidir.

Rəşt-Astara dəmir yolu xətti tamamlanıb istifadəyə verildikdən sonra Azərbaycan və Rusiyanın İranın cənubundakı dəniz limanları ilə nəqliyyat əlaqəsi yaranacaq.

Daha sonra isə Rusiyanın Azərbaycan vasitəsilə daşıdığı yüklər yenidən qatarlara yüklənərək Çabahar və Bəndər Abbas limanlarına yola salınacaq.

Bu, həm Azərbaycanın, həm də İranın tranzit əhəmiyyətini artıran platforma deməkdir.

Hazırda Rusiya ilə İran arasında münasibətlər xoş olsa da, ikitərəfli ticarət dövriyyəsi elə də yüksək deyil. 2021-ci il üzrə Moskva-Tehran ticarət dövriyyəsinin həcmi 4 milyard dollardan çox olub.

Rəşt-Astara dəmir yolu istifadəyə verilsə, Rusiya ilə İranın ticarət həcmi çoxalacaq, Rusiya-Ukrayna müharibəsi, Qərbin Moskvaya da, Tehrana da tətbiq etdiyi sanksiyalar səbəbindən həmin layihənin reallaşması aktuallıq qazanır.

Azərbaycanın şimal qonşusu ilə cənub qonşusu iqtisadi əməliyyatlarda dollar və avrodan imtina edərək onu milli valyuta ilə əvəzləməyə də cəhdlər göstərir. Amma bu, real görünmür.

Birinci, gələcəkdə Azərbaycan tranzit əhəmiyyətini artırmaq üçün dollardan imtina etməz, yəni, təkcə Rusiya və İranın strateji istəkləri əsas götürülməyəcək.

İkinci, dünya bazarları buna hazır deyil, dolların milli iqtisadiyyatlara təsiri böyükdür, qısası, ABŞ valyutası bazarlarda öz dominantlığını qoruyub saxlayır.

Hərçənd ki, Kreml ilə İslam Respublikası israrlı görünür, amma bu arzuları hələlik maliyyə-bank sektorundakı əməliyyatlarla məhdudlaşırdırır.

PROQNOZLAR:

Dünyanın milli valyutalarla beynəlxalq ticarət əməliyyatları keçirməsi hələ mümkün olmayacaq.

Rusiya-Ukrayna müharibəsi dünya bazarlarında yeni şoklar yaratsa da, hətta ABŞ-da inflyasiya həddini qaldırsa da, ABŞ dollarının dəyəri azalmayıb.

Buna görə də, ABŞ dövlətlərin milli pullarla beynəlxalq alış-veriş etməsinə əngəllər törədəcək, əgər bu əngəllər nəticə verməsə, o zaman dolların qiyməti ilə oynayaraq təzyiq rıçaqlarını genişləndirəcək.

Aqşin KərimovKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir