KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aqşin Kərimov: Əliyev Makronla danışığından sonra niyə Ərdoğana zəng etdi?

Aqşin Kərimov: Əliyev Makronla danışığından sonra niyə Ərdoğana zəng etdi?

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
322 0

Ötən gün Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi, sərhəddəki vəziyyət müzakirə edildi.

Ardınca, Türkiyə Təhlükəsizlik Şurasının iclasında Ermənistana xəbərdarlıq edilən bəyanat səsləndirilib.
Bu gün İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib, sərhəddəki delimitasiya prosesi və erməni təxribatları barədə həmkarını məlumatlandırıb.

Ərdoğan isə hər zaman Azərbaycanın yanında olacaqlarını bildirib.
Bu nəticəyə gəlmək olar:

1. Fransa liderinin bölgə ilə bağlı istənilən addımı, Minsk Qrupunun fəaliyyətini dirçəltmək cəhdləri Türkiyənin maraqlarına cavab vermir.

2. Türkiyə özü Minsk Qrupunda həlledici gücə çevrilmək istəyir, buna Bakı da razıdır. Makronun Əliyevə zəngindən sonra Ərdoğanın mesajı da Parisin mövqeyini neytrallaşdırmağa hesablanıb.

3. Sərhədlərin delimitasiyasının yeni zolağa daşınması (Qazax) Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında növbəti addımdır.

İndi bu məsələdə beynəlxalq güclərlə Türkiyə arasında rəqabət var.
Yaxın zamanlarda başqa telefon zənglərinin də şahidi olacağıq…

Aqşin Kərimov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir