KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aqşin Kərimov: Zelenski üçün “devrilmək” təhlükəsi artır

Aqşin Kərimov: Zelenski üçün “devrilmək” təhlükəsi artır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
23 0

Volodimir Zelenskinin Türkiyəyə səfəri onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan olan təhlükəsizlik və hakimiyyətini qorumaq gözləntilərini ifadə edir.

Əgər ABŞ ilə Ukrayna Rusiyanı tələyə salmaq üçün oyun qurmayıblarsa, onda Kiyevin təhlükəsizlik qarantiyaları ilə əlaqədar Vaşinqtona olan ümidləri puça çıxacaq. Səudiyyə Ərəbistanında Ukrayna olmadan keçirilən ABŞ-Rusiya danışıqları da Kiyev-Vaşinqton əlaqələrindəki ibtidai qırılma nöqtələrini ifadə edə bilər.

Başqa yandan, Rusiya Ər-Riyaddakı görüşdən sonra da Ukrayna dövlətini məhv etmək məqsədini qoruyub saxlayan hekayələrini davam etdirir. Eyni zamanda Ukrayna hökumətinin legitimliyini inkar edir. Bu məsələ bəlkə də Moskva ilə ABŞ-nin razılığa gəlməsi üçün münbit sahədir.

Çünki Rusiya ilə bərabər ABŞ Prezidenti Donald Tramp da Ukrayna Prezidenti Volodimir Zelenskini seçkilər keçirməyə çağırır.

Ukraynada prezident seçkilərinin ABŞ və Rusiya masasında aktuallığı bir vacib məqamdan xəbər verir. Bunun mənalandırması belədir ki, Rusiya da, ABŞ də əldə edəcəkləri sövdələşmələrə Ukraynanın imza atmasını tələb edəcək. Zelenskinin isə buna qarşı olduğu görünməkdədir və ehtimal ki, ABŞ ilə Rusiya hazırlanacaq “sülh planına” imza atacaq alternativ bir kadr axtarışındadırlar. Ya da Vaşinqtonla Moskva bu kadrın Zelenski olacağını istisna etmir, bir şərtlə ki, seçki keçirilsin və Zelenski seçilsin sövdələşmə paketinə imzasını atsın.

Zelenski ikinci variantı seçməsə birinci variant onun qarşısında çətin və burulğanlı proses kimi dayanacaq. Yəni, ABŞ ilə Rusiya intensiv kəşfiyyat fəaliyyəti nəticəsində Zelenskinin devrilməsi üçün birgə planı tərtib edib onun icrasına başlaya bilərlər.

Deməli iki faktor – həm Ukraynanın təhlükəsizliyi və suverenliyi, həm də Zelenskinin hakimiyyətini qoruyub-saxlaması- Zelenskini Türkiyəyə aparan səbəblər sırasında yer alırdı. Zelenskinin Türkiyə səfərindən sonra isə Tramp bir daha Ukraynada prezident seçkisinin vacibliyini vurğuladı, hətta bir az da irəli gedərək Zelenskiyə qarşı ittiham bıçağını kəskinləşdirdi.

Türkiyənin Ukraynaya necə zəmanət verəcəyi isə bir qədər problematikdir, ona görə ki, Ankara münaqişənin birbaşa tərəfi deyil və PKK-nın ləğvi məsələsinə fokuslandığından əlavə geosiyasi gərginliklə yüklənmək istəməz.

Bununla belə, Ukrayna müharibəsinin həllinə dair ən səmimi, ədalətli mövqeni Türkiyə ifadə edir və bu amili Zelenski indi daha yaxşı başa düşür.

Aqşin Kərimov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir