İranın Zəngəzur dəhlizinə qarşı klassik ritorikasını sərtləşdirməsi onun Rusiya ilə münasibətlərindəki mübahisə ilə izah olunsa da, iki dövlətin hərbi-texniki əməkdaşlığı zədələnməyib.
İranın Rusiyaya Ukrayna müharibəsində istifadə edilməsi üçün qısamənzilli ballistik raketlər verməsi bunu təsdiq edir, lakin bu məsələ tərəflərin Zəngəzur dəhlizindəki mübahisələri sonlandıracağını deməyə əsas vermir.
Əgər Rusiya Zəngəzur dəhlizinə özünün həyati əhəmiyyətli strateji vitrini kimi yanaşırsa, birinci mərhələdə topu İranın ayağına atdı.
Bu mərhələdə İranın nəbz yoxlanışı kəskin ritorika ilə müşayiət olundu, bu o deməkdir ki, Rusiya dolayı yollarla İranı Zəngəzur dəhlizinə razı salmaq üçün ikinci varianta keçəcək. Bu, əsasən danışıqların intensivləşməsi və Moskva ilə Tehranın Zəngəzur dəhlizi müqabilində qarşılıqlı güzəştə əsaslanan gedişləri ola bilər.
Əsas sual burada meydana gəlir, görəsən, İran Zəngəzur dəhlizinə razı olsa, onun Rusiya ilə kompromis zonası ən çox hansı regionda çəkilə bilər?
İran burada eyni anda bir neçə regionda, belə demək mümkünsə, vahid strateji “komandanlıq”la nəticələnən faydaya sahiblənmək istəyir. Yəni İran Yaxın Şərqdə Rusiyadan güzəşt istəyir ki, bunun ən böyük əks-sədası Suriyadan çıxa bilər.
Ancaq Rusiya Suriyadan İrana bir az da pay vermək üçün Türkiyə, İsrail və hətta yeri gələrsə, ABŞ ilə razılıqlar əldə etməlidir. İran bu danışıqlar aralığında Yaxın Şərqlə bərabər Cənubi Qafqazı da bataqlığa çevirib proksi qüvvələrə istinad edən paralel hərəkatlar yaratmağı hədəfləyə bilər.
Rusiya Zəngəzur proyektində bu qədər maraqlıdırsa, o zaman İranı ram etmək üçün ona qarşı olan qüvvələrlə gizli razılaşma kanalları axtaracaq.
Bu, əsasən, İranın nüvə ambisiyalarına qarşı Rusiya-Qərb sövdələşmələrinə işarə edən sahəyə daxil olan tendensiyaları əhatə edə bilər.
Bunlar İranın təkrarlanan leksikonunun davam edəcəyi təqdirdə baş verə biləcəklərdir, amma indi üçün Tehranın bu qədər səs-küy salması onun regionda zəif bənd kimi qalmasıdır.
Ona görə ki Azərbaycan strateji layihə olan Zəngəzur dəhlizi ilə əlaqədar böyük güclər nisbətində miqyaslı razılıqlar almağı bacarıb. İran indi əslində səsini ucaltmaqla bu razılıqların içərisində özünün maksimal faydalarına hesablanan pay götürmək istəklərini ifadə edir.
Tehranın gizli gündəliyi üzrə nəticələr əldə etməyi İranın Yaxın Şərq və Cənubi Qafqaz regionlarındakı eyni məntiqli proqramı ilə tutuşdurur. İran bu məntiqi sonluğu əldə etməkdən ötrü alternativ variant kimi Ukrayna müharibəsini rəqiblərinə qarşı çəkindirmə vasitəsi kimi istifadə etməyə çalışır.
Çinin maraqlarını isə onun dünya siyasi arenasının damarlarına işləyən nəhəng genişlənmə konsepsiyasında axtarmaq olar. Çinlə İran strateji müttəfiq kimi görünsələr də, geosiyasi kürsülərdə əməkdaşlıq qura bilmirlər, münasibətləri ən çox iqtisadi-ticari məsələləri əhatə edir.
Azərbaycanla Çin isə müttəfiqlik sənədinə imza atıb və əlaqələr geosiyasi çəkiyə birbaşa təsir mexanizmləri qazanır. Çinin Zəngəzur dəhlizini Orta Dəhliz layihəsinin bir qolu kimi qiymətləndirməsi Pekinin nəzərində Tehranın regional çəkisini azaldacaq manevr imkanlarını Bakıya təqdim edir.
Aqşin Kərimov
Aqşin Kərimov: Zəngəzur dəhlizi: İran Rusiyadan nə qoparmağa çalışır?
54 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.