KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Aqşin Kərimov: Ukraynanın döyüş meydanında Rusiyanı sıxışdırması

Aqşin Kərimov: Ukraynanın döyüş meydanında Rusiyanı sıxışdırması

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
49 0

3 səbəb və qarşıda duran təhlükəsizlik çağırışları

Ukrayna işğal altında olan ərazilərinin azad edilməsi üçün başlatdığı əks-hücum əməliyyatları ilə nisbi taktiki üstünlüklər qazanıb, Kiyevin şərq cinahındakı uğurları Rusiya üçün zərbədir.

Moskvanın bundan sonrakı planlarını oxumaq çətindir, lakin sentyabrın əvvəlindən bəri cəbhədəki uğursuzluq zolağının hərbi cəhətdən səbəblərini sadalamaq olar:

1. Aktivində “HIMARS” kimi raket sistemləri olan Ukrayna, böyük ehtimalla, NATO ölkələrindən hərbi əməliyyatlarda müstəsna üstünlük qazandıran və nöqtə atışı edə bilən başqa silahlar da alıb. Ancaq bunun adı, xüsusiyyətləri açıqlanmır, ola bilsin ki, Ukrayna təhlükəsizlik səbəbi ilə reklam kampaniyasından uzaq dayanır.

Ukrayna ordusu balansındakı NATO silahlarından səmərəli istifadə edir, təkcə ABŞ-ın raket sistemləri ilə 400-dən çox hədəfi vurub.

2. Rusiya Ukraynaya tədarük edilən silahların daşınma trafikini izləyə və onların saxlanıldığı anbarların koordinatlarını müəyyənləşdirə bilmir. Çünki Ukrayna böyük bir ustalıqla həmin anbarların üzərinə “makiyaj” çəkərək onları hədəf olmaqdan uzaqlaşdırır.

3. Ukraynanın İzyumu, Balakleyanı, Kupyanskı və digər əraziləri geri qaytarması onu göstərdi ki, Rusiya hərbi komandanlığı ciddi səhvə yol verib və hücumlar qarşısında tab gətirmək potensialını inkişaf etdirməyib, üstəgəl oradakı qoşunların təchizatını təmin edə bilməyib.

Hesablamalara əsasən, Ukrayna sentyabrın əvvəllərindən bu günə qədər 3000 kvadratkilometr ərazini işğaldan təmizləyib, hərçənd ki, indi Kiyev qarşısında həmin zonada effektiv istehkamlar qurmaq və möhkəmlənmə işləri aparmaq strateji çağırış kimi dayanır.

Ukrayna Rusiyanın bundan sonra hansı addım ata biləcəyini dəqiq hesablamalı, imitasiya ilə real hücumun sərhədini müəyyənləşdirməlidir. Əks təqdirdə Rusiya tərəfindən gözlənilən əks-hücum əməliyyatı Kiyevi növbəti dəfə ərazi itkisinə məruz qoya bilər.

Rusiya artıq Ukraynanın şərqindəki məğlubiyyətinin qisasını Xarkovdakı istilik elektrik stansiyasını vurmaqla almağa çalışıb, lakin bu da ona fayda verməyib.

Ukraynanın əldə etdiyi nailiyyətlər cənub oxuna da təzyiqləri artırır, Rusiya indi Xersonun müdafiəsini gücləndirir. Ukrayna eyni anda paralel hərbi əməliyyat aparmaq gücündə deyil, ona görə də ölkənin cənubunda irəliləmə, demək olar ki, qeydə alınmayıb.

Fevralın 24-dən bu yana davam edən müharibədə döyüşlərdən qaynaqlanan güc tükənməsi, ehtiyatların və istirahətin çatışmazlığı, ruh düşkünklüyü Rusiya ordusunu geri salır, ona görə də Kreml əlində olan ərazilərlə kifayətlənib Ukrayna ilə danışıqlara getmək istəyir.

Ukrayna da son döyüşlərdə itki verib, indi qoşunların komplektləşdirilməsi vaxt aparacaq, Kiyev zamanlamanı düzgün seçməlidir və Rusiyanın əks-hücumuna şərait yaradan barmaq yerlərini də sıradan çıxarmalıdır.

Ukraynanın qələbəsi Qərbdən veriləcək silahların həcmindən və Volodimir Zelenskinin sonacan qətiyyətindən asılı vəziyyətdədir, ABŞ, Britaniya isə hərbi cəhətdən və kəşfiyyat məlumatları ilə Ukraynaya dəstək verirlər.

İndi sual olunur: Bu dəstəyin limiti olacaqmı? Bu dəstək hansı həddə çatanda və ya enəndə Rusiya ilə Ukrayna əlverişli nizamlama danışıqlarına ümid edəcəklər?

Avropanı qaz şantajı ilə sınağa çəkən Rusiyadan enerji asılılığı iqtisadi tablodakı vəziyyəti dramatikləşdirir. ABŞ və Britaniya Ukraynaya dəstək olsalar da, Avropa İttifaqının fərqli bir mövqe sərgiləyəcəyi gözlənilə bilər.

Çünki Avropanın enerji ehtiyaclarının 40 faizi Rusiyadan asılıdır və Kreml qaz şantajlarını davam etdirəcək.

Aqşin Kərimov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir