KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Aqşin Kərimov: Ukraynadakı müharibə: Rusiya və Qərbin fərqi

Aqşin Kərimov: Ukraynadakı müharibə: Rusiya və Qərbin fərqi

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
305 0

Təhlükəsizlik dilemmasına dair narahatlıqlar Rusiyanın Ukraynaya təcavüzü ilə nəticələndi, hadisələrin bundan sonrakı gedişatı isə nəticələrdən asılı olmayaraq yeni təhlükəli istiqamətlər yaradır.

Əgər Rusiya istədiyini ala bilməsə və Ukraynadan qoşunlarını geri çəksə, başqa regionlardakı rıçaqlarını işə sala bilər.

Əgər Ukrayna məğlub olsa, Rusiyanın Avropanın içərilərinə doğru irəliləmək üçün yeni imkanları yaranacaq.

Rusiya ilə beynəlxalq məsələlərdə hüquq dili dilə danışmaq çox çətindir, çünki Kreml imperiya ənənəsini özünün qlobal konsepsiyasından ayırmayıb.

Sərt gücü özünün xarici siyasətində əsas element kimi görən Rusiyanı saxlayan elə müharibələrdir, ona görə də Moskva digər dövlətlərlə də müharibə və hibrib müharibə təcrübəsinə meyllidir.

Müharibələr, barıt qoxusu Rusiya dövlətinin və rus xalqının strateji fəxarətidir və buna görə də, Moskva daim düşmən axtarışlarındadır. Rusiya öz orbitinə çəkə bilmədiyi ölkələri təhlükə kimi görür və prosesdə özünün xeyrinə təsəvvür yaratmaq üçün Qərbin mahiyyətinə məkr yükləməyə çalışır.

Əslində isə hər bir güc qlobal strateji məramlarına görə məkrə də baş vurur, məharətli yalanlara da. Rusiyada hakim dairələrin tezislərində Rusiya xalqını həmişə müharibəyə kökləyən çağırışlar yer alır, elə buna görədir ki, ölkənin əksər insanında imperiya qüdrətinin yaratdığı qürurdan dolayı müharibə əhval-ruhiyyəsi hökm sürür.

Bəlkə də Rusiyanın Ukraynanı işğal etmək planları ilə Ukraynanın real niyyətləri arasında heç bir əlaqə yoxdur. Yəni Kiyev NATO-ya üz tutmaq siyasətindən vaz keçsə idi belə, Rusiya başqa bəhanələr tapacaqdı. Bu bəhanələrin motivindən asılı olaraq isə hərbi əməliyyatın miqyası müəyyənləşəcəkdi.

Qərb dövlətlərinin başında dayanan ABŞ, Britaniya və Fransa isə öz cəmiyyətlərinə fərqli dəyərlər tətbiq edir – Rusiya bu dəyərlərdən qat-qat uzaqdır.

Lakin Qərbin bu dəyərləri geopolitik savaşın içində öz mahiyyətindən uzaqlaşır, əslində bu ölkələrin də siyasi kuluarlarında da öz mənbəyini keçmişdən götürən xətt mövcuddur.

İkinci Dünya Müharibəsindən sonra yalnız Yaponiya və Almaniya özünlərini faşizm ideyaları əsirliyindən azad edərək tamamilə fərqli bir siyasətə baş vurdular.

Amma Rusiya, Britaniya, ABŞ, Fransa isə geopolitik maraqlarını və ambisiyalarını daha da genişləndirdi. Lakin nə bu Qərb ölkələri öz cəmiyyətlərini müharibəyə kökləmir – Fransadakı bəzi millətçi təmayüllər istisna olmaqla.

Nəticə olaraq, Rusiya hərbi işğalla, Qərb isə fərqli dəyərlərlə dünyanı öz ağuşuna almaq uğrunda savaşa girişir. Rusiya hərbi qüdrətinə görə üstündür, amma bir çox məsələdə Qərbdən geri qalır.

Rusiya supergüc parametrlərində yalnız hərbi göstəricilərin tələblərinə cavab verir. Qlobal arenada müttəfiqlərinin azlığı və iqtisadi təsir mexanizmi yarada bilməməsi Rusiyanı supergüc etməkdən çıxarır.

Ukrayna müharibəsində Rusiya Qərbin texnoloji yenilikləri, informasiya müharibəsi və iqtisadi təzyiqləri qarşısında zəifdir, amma Kremli bu o qədər də maraqlandırmır.

İndi Rusiya Ukraynadan “qürurlu” çıxış axtarır: “Necə edək ki, biz bu müharibənin nəticəsi nə olursa-olsun, bunu “qürurlu” nəticə kimi təqdim edək?” Kremlin strateqlərinin beyinlərində bu sualın hakim olmasını söyləmək mümkündür.

Aqşin KərimovKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir