Cənubi Qafqazda Türkiyənin indiki vəziyyətdə aktivliyi nəzərə çarpır, hərçənd ki, bəzən Ankaranın prioritetləri üzrə praktiki məhdudlaşmalar olduğu haqqında fərziyyələr var.
Bu fikirlərin yanlışlığını 8 TEZİS formasında qeyd edirəm.
1. Cənubi Qafqaz Türkiyənin xarici siyasətində ardıcıl olaraq mühüm mövqe tutan regionlardan biridir.
2. Diqqətəlayiqdir ki, Türkiyənin ordu elitasının son həftə ərzində Azərbaycana səfərləri Ankaranın regionda dərinləşən nüfuzu ilə əlaqəlidir.
3.Türkiyənin ordu rəhbərliyinin Azərbaycana səfərləri itiləşən addımların nəticələrini təhlükəsizlik tədbirləri ilə gücləndirmək məqsədlərinə xidmət edirdi.
4. Türkiyənin strateji maraqları olduqca geniş regionları əhatə etdiyindən o, Cənubi Qafqazdakı tendensiyalara biganə qala bilməz. Çünki Cənubi Qafqaz bir növ açardır – xüsusilə Azərbaycanla strateji müttəfiqlik və Gürcüstanla strateji tərəfdaşlığın prinsiplərini nəzərə alanda.
5. Nəzərdə canlandırmaq lazımdır ki, Türkiyə strategiyasını mürəkkəb coğrafiyalarda quraraq Qərb-Rusiya arasında tarazlaşdırıcı rola yiyələnir. Bu amil Türkiyəyə geosiyasi çağırışların mürəkkəb şəbəkəsini açmaq üçün parlaq perspektiv təklif edir.
6.Nəzərə alanda ki Türk Dövlətləri Təşkilatının genişlənən missiyasından dolayı Azərbaycanla Türkiyənin Mərkəzi Asiyaya təsirlərini yaymaq zərurətləri üzə çıxır, onda mənzərə daha da aydınlaşar.
7. Türkiyədə Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildikdən sonra formalaşdırdığı yeni kabinet Ankara diplomatiyasının və maraqlarının şaxələndiriləcəyini vurğulayır.
8. Bu xüsusda Cənubi Qafqaz üzrə addımların kütləşdiyi yox, itiləşdiyi nəzərə çarpır.
Aqşin Kərimov