KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Aqşin Kərimov: Tramp Putinlə görüşəcək, Bakı isə alternativ seçim kimi canlanacaq

Aqşin Kərimov: Tramp Putinlə görüşəcək, Bakı isə alternativ seçim kimi canlanacaq

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
26 0

Donald Trampın prezident səlahiyyətlərinə başladıqdan sonra Rusiya lideri Vladimir Putinlə görüşü istisna olunmur.

Çünki cənab Tramp Ukrayna müharibəsini bitirəcəyinə söz verirsə, burada Moskva ilə dialoq qaçılmazdır. Bundan başqa, Rusiya da ABŞ ilə olan gərginliyin qarşısını almağa kömək edə biləcək reseptləri axtarır. Deməli, hər iki güc ikitərəfli əlaqəni tez bir zamanda bərpa etmək üçün əlamətləri sətiraltı mesajlarla bir-birlərinə çatdırırlar.

COP 29-u ABŞ və Rusiya alternativ danışıqlar platforması kimi nəzərdən keçirə bilər. Rusiya Prezidentinin köməkçisi və iqlim məsələləri üzrə xüsusi nümayəndə Ruslan Edelgeriyevin Moskva ilə Vaşinqtonun qarşılıqlı fəaliyyətə hazır olmasını COP29 üzərindən qiymətləndirməsi yuxarıdakı fikri gücləndirir. Görünür ki, COP29-da iştirak edəcək ABŞ və Rusiya nümayəndələrinin mümkün danışıqları üçün plan hazırlanır, lakin belə bir müzakirənin baş tutacağını indidən birbaşa söyləmək çətindir.

Trampın səlahiyyətlərinə başladıqdan sonra Putinlə Bakıda görüşə biləcəyi isə bir qədər şübhəli görünür, ancaq məsələnin qaranlıq tərəflərinə işıq salmaq lazımdır.

Bakı hələ Qarabağ münaqişəsi zamanı bir neçə dəfə NATO və Rusiya generallarının görüşdüyü məkan olub və bu, Tramp administrasiyası dövründə vüsət alıb. Trampın növbəti hakimiyyət illərində əvvəlki təcrübəni təkrarlanacağı istisna oluna bilməz və bu, Ukrayna üzrə müharibənin regional risklərini azaltmaq səylərinin bir hissəsinə çevrilə bilər.

Yəni proqnozlaşdırmaq üçün əsas var ki, Ukraynadakı mövcud şərait Rusiya ilə ABŞ-nin ikitərəfli strateji sabitlik dialoqunu canlandırsın və bunun bir hissəsi kimi NATO-Rusiya generallarının Bakıda görüşü təşkil edilsin. Bununla belə, region üzrə Rusiya-ABŞ danışıqları baş tutacaqsa, bu, “Moldova Qərbin, Gürcüstan Kremlin” nəticələrinə əsasən nəticələr vəd edəcək”.

Aqşin Kərimov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir