KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Aqşin Kərimov: Sarkisyan qabaqdangəlmişlik etdi

Aqşin Kərimov: Sarkisyan qabaqdangəlmişlik etdi

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
398 0

Ermənistan Prezidenti Armen Sarkisyanın istefası İrəvanın Azərbaycan və Türkiyə qarşısında növbəti güzəştlər paketinə imza atması versiyalarını gücləndirir.

Bu mövzunu açmaq üçün diqqət edəcəyimiz məqamlar:

– Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Ermənistanı sülh müqaviləsi imzalamağa məcbur edən xəbərdarlıqlar etdi. Əks təqdirdə, hərbi güc tətbiqini qeyd etdi;

– Yanvarın 14-də Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü oldu.

Hər ikisi bir-biri ilə sinxrondur. Çünki Ankara da danışıqlarda məhz Azərbaycanla koordinasiya şəklində hərəkət edir.

Yəqin ki, Ermənistanın Bakı-Ankara tandeminin arasında sıxışdırılması İrəvanı gözləniləndən də böyük güzəştlərə gedəcəyini stimullaşdırır.

İndi Sarkisyanın istefası daha çox baş verə biləcək hadisələrdən özünü sığortalamaq üçün qabaqdangəlmişlik etmək kimi görünür.

Sarkisyanın istefasına dair açıqlama mətninin ruhundan da bu duyulur.

Boynuna salınan ipi boğazından çıxarmaq cəhdləri Ermənistanı daha dərin uçuruma aparır, çünki hazırda İrəvan üzərindəki təzyiqlər artır və o, beynəlxalq dəstəkdən məhrum olur.

Sarkisyanın istefası Ermənistanda alovlanan ictimai-siyasi vəziyyətin üzərinə benzin tökür, çünki onsuz da dərin böhran keçirən Ermənistan seçki prosesinin ağırlığından irəli gələn problemlərlə də sınağa çəkiləcək.

Ermənistan Konstitusiyasına görə, prezident istefa verdikdə, bu istefanın qırxıncı günündə növbədənkənar prezident seçkisi keçirilir.

İndi “top” baş nazir Nikol Paşinyanın ayağındadır, o, hər vəchlə öz iradəsi altında olan birini prezidentliyə namizəd kimi göstərəcək.

Ermənistanı sınağa çəkən xarici amil isə Rusiya ilə bağlıdır. Kremlin də seçki ərəfəsində öz hərəkətliliyini artıracağı gözlənilir.

Aqşin Kərimov Kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir