KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Aqşin Kərimov: Rusiya-Ukrayna müharibəsindəki yeni dinamikalar

Aqşin Kərimov: Rusiya-Ukrayna müharibəsindəki yeni dinamikalar

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
23 0

1. Ukrayna Rusiyanın arxa cəbhə dərinliklərinə raketlərlə zərbə endirsə belə, bu, Ukraynanın ərazisindəki Rusiyanın alovnəzarət zolağına əhəmiyyətli təsir göstərməyəcək. Çünki:

– ABŞ mediası Vaşinqtonun Ukraynaya ATACMS raketləri ilə Rusiyaya məhdud səviyyəli zərbələr endirilməsi üçün icazə verdiyini yazır,

– Cari məqsəd sadəcə Kurskda vəziyyəti donmuş cəbhə xətti kimi saxlamağa nail olmaqdır. Lakin bu, Rusiyanın Ukraynadakı irəliləyişlərinin qarşısını ala biləcək səviyyədə deyil,

– ABŞ “xüsusi və məhdud” döyüş sahəsi effekti yaratmaq məqsədilə Ukraynaya icazə limiti tətbiq edir, lakin bu, müharibənin gedişatını dəyişə bilməyəcək.

2. ABŞ, Böyük Britaniya və Fransanın məqsədləri (üç ölkə məhdud zərbələrə icazə verir) Şimali Koreyanın Ukraynaya qarşı qoşun yerləşdirilməsinin genişlənməsini sarsıtmaq niyyətindədir.

Ona görə ki:

– Rusiya və Şimali Koreya NATO-nun genişlənmə siyasətinin Avropa səhnəsinə qarşı çıxaraq prosesə müttəfiq kimi daxil olur,

– Bu, gələcəkdə Rusiya-Çin-Şimali Koreya-İran dördlü ittifaqının NATO əleyhinə aqressiv tərəfdaşlıq müstəvisini stimullaşdıra bilər.

3. Co Bayden administrasiyasının, Böyük Britaniya ilə Fransanın Ukraynaya izin verməsi Donald Trampın daha təhlükəli qlobal situasiyaları miras alacağını deməyə əsas verir. Yəni:

– Tramp Rusiya ilə müzakirə kanallarına üstünlük versə də, o, Şimali Koreya, Çin və İranın Avropadakı iştirakına göz yummayacaq,

– Bununla da ABŞ-Rusiya əlaqələrindəki mübahisələr yeni kontekstdə alovlanacaq,

– Eskalasiya riskləri vəziyyətin Asiya-Sakit Okeanı regionuna daşınmasını sürətləndirəcək və ABŞ bu regionda ən çox Çinlə üz-üzə gələcək. Belə olduğu təqdirdə ABŞ Çin ilə müzakirə masasında Tayvanı “qurban verə” bilər…

Aqşin Kərimov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir