Hörmətli dostlar,
Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar bir neçə növbəti tezisimi təqdim edirəm.
1. ABŞ Prezidenti Donald Tramp Soyuq müharibədən sonrakı post-SSRİ dövrünün nizamını, normalarını və institutlarını hədəfə alıb:
– Bu, Ukraynanı da Trampın qərarlarına qarşı mübarizə səylərinə qoşulmasını şərtləndirir,
– Tramp administrasiyası beynəlxalq nizamın yenidən qurulmasında dominantlığı ələ almağa çalışmaqla Rusiya ilə Ukrayna arasında “sülhə” nail olmağı prioritetləşdirir,
– Hərçənd ki, Tramp administrasiyası sülhün konstruksiyasına dair aydın hərtərəfli plan təqdim etməyib,
-Trampın Ukrayna sülh razılaşması üçün vəd etdiyi vaxt qrafikinin ilk 24 saatdan 100 günə keçməsi də Vaşinqtonda Trampın planının hələ də inkişaf etməkdə olduğunu göstərir.
2. Rusiya da, Ukrayna da dron sənayesini gücləndirir. Rusiyanın Ukraynaya genişmiqyaslı dron hücumları olsa da, Ukrayna qüvvələri Rusiyanın neft-qaz infrastrukturlarına intensiv zərbələrindən çəkinmir. Dron sənayesi sahəsində Kiyev Moskvadan irəlidə olduğu qabiliyyətini itirmədiyini vurğulayır. Bununla belə:
– Ukrayna öz ərazilərindəki Rusiya qoşunlarının müdafiə istehkamlarını yara bilmir və hər keçən gün ərazi itkisi ilə üzləşdiyindən ərazi və logistika böhranı dərinləşir,
– Ukrayna cəbhə xəttini Rusiyanın daxilinə effektiv şəkildə daşıya bilmir, ehtimal ki, bu, ABŞ planının icrasında Kiyev administrasiyasının performans göstərmədiyini simvollaşdırır,
3. Donald Tramp administrasiyasının Ukraynada ilin sonuna qədər seçki keçirməsini istəyir.
Çünki:
– Vaşinqton “seçki ssenarisini” Kiyevlə Moskva arasında mümkün razılaşmaların tərkib hissəsi kimi qiymətləndirir. Buna görə də Ağ Evin Ukraynanı Rusiya ilə ilkin atəşkəsin bir hissəsi kimi seçkilərə razılaşmağa məcbur edir,
– Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasi taleyi bu seçkilərdən sonra ata biləcəyi addımlarla təyin ediləcək,
– Zelenski ABŞ-ni qane edən “qələbə planı” ortaya çıxara bilməsə, onun Ağ Ev administrasiyasının oynayacağı fərqli kartlarla əvəzlənməsi baş tuta bilər…
Aqşin Kərimov,
Siyasi təhlilçi
####################
Dear colleagues,
I would like to present a few of my next insights covering the Russia-Ukraine war.
1. US President Donald Trump has targeted the post-Soviet order, norms, and institutions that emerged after the Cold War:
– This condition requires Ukraine to join in opposing Trump’s decisions,
– The Trump administration is prioritizing the achievement of “peace” between Russia and Ukraine attempting to dominate the reconstruction of the international order,
– However, the Trump administration has not yet presented a clear and comprehensive peace plan,
– The shift in Trump’s promised timeline for a peace agreement, from 24 hours to 100 days, suggests that his plan is still under development in Washington.
2. Both Russia and Ukraine are strengthening their drone industries. While Russia has conducted extensive drone attacks on Ukraine, Ukrainian forces are not avoiding to launch intensive strikes on Russia’s oil and gas infrastructure. Kyiv underscores that it has not lost its ability to maintain an edge over Moscow in the drone industry. However:
– Ukraine is unable to breach the defensive fortifications of Russian forces on its territory, and the increasing territorial losses deepen the crisis in terms of both territory and logistics,
– Ukraine is also unable to effectively shift the frontline into Russian territory, which may symbolize Kyiv’s lack of performance in implementing the US plan.
3.The Trump administration seeks presidential elections in Ukraine by the end of the year.
This is because:
– Washington is considering the “an election scenario” as a part of possible agreements between Kyiv and Moscow. As such, the White House is pressuring Ukraine to agree to elections as part of an initial ceasefire with Russia.
– The political fate of President Volodymyr Zelensky will be determined by the actions he can take following these elections,
– If Zelensky fails to present a “victory plan” that satisfies the US, he may be replaced with a different figure, played by the White House administration.
Agshin Karimov,
Political Analyst