KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aqşin Kərimov: Rusiya sülhməramlıları ermənilərin qarşısını niyə kəsir?

Aqşin Kərimov: Rusiya sülhməramlıları ermənilərin qarşısını niyə kəsir?

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
36 0

Xankəndidəki ermənilərin Şuşa-Laçın yolunda azərbaycanlıların aksiya keçirdiyi əraziyə yürüşü niyə baş tutmur? Rusiya sülhməramlıları ermənilərin qarşısını niyə kəsir?

Bu suallara cavab olaraq şərhim belədir:

– Rusiya sülhməramlı kontingentinin vəzifəsi azərbaycanlı və erməni mülki əhalini bir-birinə qarşı qoyaraq qarşıdurma yaratmaq yox, bunun önünə sədd çəkməkdir:

– Xankəndidəki ermənilərin Şuşa-Laçın yolundakı azərbaycanlıların keçirdiyi aksiyalara doğru yön alaraq gəlməsi təxribat yarada bilərdi, ona görə də sülhməramlılar ermənilərin qarşısını almaq məcburiyyətində idi.

– İndiki məqam üçün Rusiya maksimum şəkildə ehtiyatlı manevrlər etməlidir, sülhməramlıların reputasiyasının zədələnməsini kompensasiya etmək üçün onların funksiyasındakı müsbət praktiki xidmət nümunəsini göstərməlidir.

– Bəlkə də Xankəndidəki ermənilərin azərbaycanlıların aksiya keçirildiyi yerə yürüş etmək planı elə Rusiyanın beyninin məhsuludur.

– Moskva həm təşkil edir, həm də bir həddən sonra qarşısını alır. Bununla göstərməyə çalışır ki, sülhməramlılar sülhyaratmanın bir elementidir və onlar olmasa böyük qarışıqlıq və təxribatlar baş tuta bilər.
Aqşin Kərimov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir