KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aqşin Kərimov: Qərb-Rusiya rəqabəti güclənir

Aqşin Kərimov: Qərb-Rusiya rəqabəti güclənir

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
402 0

Avtomobil yolu məsələsi Brüssel bəyanatına salınmadı: Qərb-Rusiya rəqabəti güclənir
Zəngəzur dəhlizi boyunca dəmir yolu xəttinin çəkilməsi barədə razılıq əldə olunub.
Soçi görüşündə bu məsələ müzakirə edilmişdi, eyni zamanda avtomobil yolunun də çəkilişi.
Bununla belə, görünür ki, Brüssel görüşündə Paşinyan avtomobil yolu məsələsində ya dirəniş göstərib, ya da ki, həmin məsələnin bəyanata salınmasını istəməyib, bunu sonrakı mərhələyə saxlayıb.
Qərb Rusiyanın sülhyaratma prosesindəki moderatorluğuna qismən də olsa alternativ ortaya qoydu, amma bəyanatda yenə də 10 noyabr, 11 yanvar, 26 noyabr bəyanatlarının icrasının vacibliyi vurğulandı.
Bu o deməkdir ki, Qərbin Rusiya ilə rəqabəti güclənsə də, Moskvanın təsiri ağırlıq təşkil edir.
Qərbin digər alternativi: Deməli, Soçi görüşündə razılıq əldə edilmişdi ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına dair ikitərəfli komissiya yaradılsın və Rusiya da məsləhətçi qismində bu komissiyaya töhfə versin.
Brüsseldə də bunun anologiyası barədə razılıq əldə olundu.
Avropa İttifaqı hər iki ölkəyə texniki yardım göstərməklə sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərini dəstəkləmək üçün ekspert missiyası məsləhətçi qrupu təqdim edəcək.
Aqşin Kərimov kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir