KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aqşin Kərimov: Qərb Laçın dəhlizi məsələsini Rusiyaya qarşı çevirir

Aqşin Kərimov: Qərb Laçın dəhlizi məsələsini Rusiyaya qarşı çevirir

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
331 0

İlham Əliyevin Ermənistanın Zəngəzur dəhlizində hər hansı yoxlamalar aparması ideyalarına qarşı Laçın dəhlizini arqument kimi çıxarması Ermənistanı qarışdırıb.

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, bunun indiyədək aparılan müzakirələrlə, imzalanan bəyanatlarla heç bir əlaqəsi yoxdur.

İlham Əliyevin bəyanatına gəlincə, diqqət etməliyik: Bu açıqlamanı Qərb siyasi dairələrində, NATO baş katibi ilə keçirdiyi mətbuat konfransında səsləndirdi.

Deməli:

1. Qərbin Zəngəzur dəhlizindən faydalanmaq strategiyasına İlham Əliyev yeni tərkib qatır.

2. Bu o deməkdir ki, Qərb dairələrində Laçın dəhlizi məsələsi qaldırılıb, bu isə Rusiyanın qısqanclığına səbəb ola bilər.

3. “Zəngəzurdakı təftişin” önünə “Laçın təftişi”ni şərt kimi qoymaq Qərbin regionda iştirakı üçün zəmin yaradır.

NƏTİCƏ: İndi qalır, Rusiyanın mövqeyi. Bundan başqa nəzərə alaq ki, Azərbaycan Laçın dəhlizinə alternativ yolun tikintisini və sülhməramlıların ora dislokasiya edilməsi mövqeyindədir.

Qərb çalışır ki, sülhyaratma prosesində Rusiyanın təsir dairəsini daraltsın.

Buna praktiki nail olmaq imkanı varmı? Hələlik görünmür, ancaq bu mövzuda bir qədər tələsməyək, ən azından yaxın bir aydakı proseslərdən sonra müəyyən nəticə hasil etmək mümkündür.

Bu arada, Paşinyan üçtərəfli görüşdə çox məyus və qəzəbli görünür.

Aqşin Kərimov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir