KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Kuzey Kafkasya
  4. »
  5. Aqşin Kərimov: Putinin Azərbaycandan sonrakı Şimali Qafqaz trafiki

Aqşin Kərimov: Putinin Azərbaycandan sonrakı Şimali Qafqaz trafiki

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
45 0

Proses necə oxunur?

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycandan sonra Şimali Qafqaz regionuna səfərlər etməsinin təsadüfi yoxsa məqsədli olduğunu aydınlaşdırmaq bir qədər mürəkkəbdir.

Bu düyünü Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün nəticəsi kimi açmağa çalışsaq, bir mövqeyə diqqətimi yönəltmək istəyərdim.

2023-cü ilin mayın 3-də Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən beynəlxalq konfransda İlham Əliyev sualları cavablandırmışdı.

İlham Əliyev Rusiyanın parçalana biləcəyi ehtimallarını özündə birləşdirən suala cavab olaraq demişdi ki, Azərbaycan belə ssenari proqnozlaşdırmır. Ardınca isə Əliyev bildirmişdi: “Biz Rusiyanın və bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik və hesab edirəm ki, istənilən ölkənin, xüsusilə qonşunuzun parçalanması, əlbəttə, sizin üçün potensial təhlükə törədə bilər. Qonşularımıza, tarixi qonşularımıza, Dağıstan və Çeçenistandakı qardaşlarımıza gəldikdə, bizim onlarla tarixə, ortaq tarixə və qardaşlığa əsaslanan münasibətlərimiz var”.

Məncə, Putinin Əliyevlə görüşdən sonra Şimali Qafqaz regionuna səfərlərində əlaqə axtarmağa bu sitatla girişə bilərik.

İlham Əliyevin Rusiyada cərəyan edə biləcək neqativ tendensiyalarla əlaqədar proqnozları yəqin ki, təkcə bu sitatlarla məhdudlaşmır. Əliyevin daha geniş strateji təfəkkürü var, lakin siyasi, diplomatik etiketlər naminə hər düşündüyünü dilə gətimir. Vladimir Putin üçün İlham Əliyevin Şimali Qafqazla əlaqədar daha dərin proqnozları cəlbedici düşüncə kimi görünür. Bu baxımdan Əliyevlə Putinin müzakirə masasına “Şimali Qafqaz üzərindən ssenarilər” ayrıca bir qovluq kimi qoyula bilərdi.

Yox, əgər Putinin səfərləri Bakı proqramı ilə əlaqəli deyilsə, onda fikri fərqli səmtə çəkmək lazımdır.

Putin terror küləklərinə həssas olan Rusiya ərazilərinə getməklə ehtimal ki, Rusiyanın Kursk vilayətində Ukrayna qüvvələrinə qarşı keçirdiyi antiterror əməliyyatlarının uğurlu olacağı fikrini gücləndirməyə çalışır. Yəni Putinin məqsədi Rusiyanın 2000-ci illərin əvvəllərində keçirdiyi uğurlu antiterror əməliyyatlarını xatırlatmaq və Kurskda da eynisinin təkrarlanacağını bildirməkdir.

Putinin Şimali Qafqaz trafikinin elə Kursk döyüşlərinin davam etdiyi zamanda olması isə təsadüf sayılmır, çünki ehtimallar qüvvətlidir ki, Rusiya həmin regionda kövrəkləşən dinamikadan xəbərdardır. Bunu önləmək üçün Putin ictimai rəy kampaniyası yaratmaq məqsədlərini ifadə etmiş olur.

Üstəlik, Putin Rusiya ərazilərinin hamısının öz menecerliyində olduğunu və bu iradədən kənar addımlar atılmasının təhlükələri barədə siqnallar ötürür.

Aqşin Kərimov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir