KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Aqşin Kərimov: Paşinyan Brüssel təmaslarından sonra Arayiki qəbul etdi: Versiyalar nədir?

Aqşin Kərimov: Paşinyan Brüssel təmaslarından sonra Arayiki qəbul etdi: Versiyalar nədir?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
457 0

Ermənistanın Baş naziri Nikol Paşinyan Brüssel danışıqlarından sonra bu gün Qarabağda qalan separtçıların rəhbəri Arayik Arutyunyanla görüşüb.

Bir neçə versiya önə çıxır:

1. Nikol Paşinyan Arayikə vəziyyətin heç də onları xeyrinə olmadığını deyəcək. O, razılaşmaların həyata keçirilməsi üçün Arayikə xəbərdarlıqlar edəcək.

Bu qənaəti gücləndirən amil budur ki, Brüssel təmaslarından dərhal sonra Paşinyan xoşməramlı fikirlər səsləndirdi.

Üstəgəl, Azərbaycanın güclü hərbi resursu mövcuddur ki, onun bir hissəsini işə salmaqla antiterror əməliyyatları aparsın və separatçıları zərərsizləşdirsin. Təbii ki, bu məsələdə Rusiya ilə də razılıq əldə edilməlidir, axı ortada sülhməramlı faktoru var.

2. Qərbdəki təmaslar Rusiyanın qəzəbinə səbəb ola bilər və onlar yenidən Arayik kartını aktiv hala gətirər.

3. Nəzərə alaq ki, Brüsseldə Fransa Prezidenti Emmanuel Makronun da təşəbbüsü ilə Əliyevlə Paşinyan bir araya gəldi. Fransanın da mövqeyi bəllidir.

Hələlik, indiki mərhələdə birinci versiya daha inandırıcı görünür.
Dərin yanaşanda isə ikinci versiyanın da inandırıcılığı güclənir, ancaq bəllidir ki, Azərbaycan ərazi bütövlüyünü tam formada bərpa etmək niyyətini açıq ifadə edir.

Görünən budur ki, mövqelərin toqquşması mərhələsi özünü mövqelərin uzlaşdırılması mərhələsinə təhvil verir. Bununla belə, bu uzlaşdırmada da maraq toqquşması qaçılmazdır.

Aqşin KərimovKafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir