KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Aqşin Kərimov: NATO baş katibindən Əliyevə zəng gəldi: Məqsəd nədir?

Aqşin Kərimov: NATO baş katibindən Əliyevə zəng gəldi: Məqsəd nədir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
431 0

NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Dünyanın ən böyük hərbi-siyasi təşkilatının ofisindən Bakıya edilən zəngin təməli Ukrayna münaqişəsinin müharibə həddinə çatdığı dövrə təsadüf edir.

Bununla da NATO:

1. Azərbaycan qazının Avropa bazarlarında şaxələndirilməsinin Qərb üçün hərbi-siyasi və iqtisadi üstünlük vəd edəcəyini bildirir. NATO-nun Baş katibi Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib.

2. Rusiya-Ukrayna arasında Azərbaycanın vasitəçiliyinin əhəmiyyətli roluna diqqət çəkir,

3. Bu işdə Azərbaycan-Türkiyə müştərək maraqlarına dəstək verir.
Əliyev-Stoltenberq müzakirələrində Cənubi Qafqazdakı yeni reallıq, Ukrayna ətrafında cərəyan edən proseslər danışıqlar predmetinə daxil olub.

Azərbaycan enerji məhsulu növlərinin önəmli ixracatçısı kimi etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcək, Prezident İlham Əliyev bunu bir daha bildirib.

Azərbaycana olan ehtiyac Bakı-İrəvan münasibətlərinin normallaşması prosesində Qərbin Ermənistanın qeyri-konstruktiv mövqeyinə qarşı cəbhədə effektiv fəaliyyətini şərtləndirir.

Azərbaycan Ermənistanla müharibəni elə bir konfiqurasiya quraraq apardı ki, bu, Rusiyanın da maraqları ilə toqquşan hala gəlmədi.
Azərbaycan dövlətinin Qərblə Rusiya arasında tarazlayıcı mövqedə durması Bakının önəmini artıran siyasət idi.

Azərbaycanın Rusiya ilə münasibətlərini qoruyub saxlayır, bu, Qərb üçün bir təcrübədir.

Ona görə də, NATO Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün İlham Əliyevin Moskva ilə münasibətlərdəki diplomatik-siyasi təcrübəsindən bəhrələnmək istəyir.

Əliyevlə baş katibin müzakirəsi son zamanlar Kremldən postsovet məkanına gələn təhdidlər fonunda da diqqət çəkir.
Əliyev-Stoltenberq arasındakı telefon danışığının perspektiv nəticəsinə gəlincə, deyə bilərik ki:

– Bakı ilə təmaslar davam etdiriləcək,

– Qərb Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Bakının maraqlarına uyğun vasitəçilik səylərini gücləndirmək məcburiyyətində qalacaq,

– Ukrayna münaqişənin tənzimlənməsində Bakının reseptləri Qərb siyasətinin həll paketində yer alacaq.

Aqşin Kərimov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir