KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Aqşin Kərimov: MOSSAD Tehranın 6 “nüvəsini” aradan götürüb

Aqşin Kərimov: MOSSAD Tehranın 6 “nüvəsini” aradan götürüb

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
403 0

İsrail-İran “müharibəsi”: MOSSAD Tehranın 6 “nüvəsini” aradan götürüb, MİT isə Tehranın planını suya salır

İsraillə İran arasındakı düşmən kimi davam edən qapışmanın səsi başqa ölkələrdən çıxır və hər iki ölkə üçün cəlbedici kəşfiyyat poliqonu rolunu oynayan Türkiyə üzərindən əməliyyatlar keçirilməyə cəhdlər ortaya qoyulur.

İsrailin dünyada at oynadan ali kəşfiyyat orqanı MOSSAD-ın həyata keçirdiyi əməliyyatlar zamanı İran beyin axını ilə üzləşir.

İslam ölkəsinin kəşfiyyat planlarının üzə çıxarılması İsrailin qabaqlayıcı tədbirləri üçün asan zəmin yaradır və belə fikir söyləməyə əsas verir ki, İranda strateji postlarda əyləşənlərin ətrafında fırlananlar İsraillə gizli təmaslara malikdir.

Bu barədə təsəvvürlərin aydınlanması üçün aşkar dəlillər yoxdur, lakin İran İslam Respublikasının bu dərəcədə ard-arda məğlubiyyətə düçar olması onun öz içində “dinləmə cihazlarının” olduğunun əlamətidir.

Son bir ayda İranın itkiləri:

– May ayının sonlarında iki SEPAH polkovniki – Həsən Sayyad Xodayi və Əli İsmayılzadə öldürülüb (birinin öz əcəli ilə öldüyü deyilsə də, bu, inandırıcı gəlmir),

– İyunun əvvəlində, İranın aerokosmik texnika və aeronavtika sahəsində tanınmış alim Əyyub Entezari zəhərlənərək öldürüldü,

– Bundan bir neçə gün sonra isə İranın Nətənz nüvə obyektində çalışan daha bir nüvə mütəxəssisi – Kamran Mollapur aradan götürüldü,

– Daha sonra isə SEPAH-ın Aerokosmik qüvvələrinin iki siması – Əli Kamani və Mohammad Abdus öldürüldü.

Bunlar hələlik bilinən məlumatlardır, amma İranın bu cür ölümlərə tamamilə səssiz qaldığını iddia etmək də sadəlövhlük olardı. Bəli, İran da MOSSAD-ın zabitlərini hansısa üçüncü ölkələrdə hədəfə gətirə bilir, lakin bu, İsrailin sistemli kəşfiyyat işinin yanında çox sönük görünür.

İran Türkiyədən də üçüncü ölkə kimi yararlanmaq niyyətindədir, amma neçənci dəfədir ki, onun Türkiyədə israilli iş adamlarını, diplomatlarını, İsrail vətəndaşlarını öldürmək və ya qaçırmaq cəhdi iflasa uğrayır.

İranla İsrailin hibrid müharibəsi Türkiyə kəşfiyyatını – Milli İstihbarat Təşkilatını – daha ayıq-sayıq olmağa vadar edir.

İsrail mətbuatı yazır ki, son bir neçə gündə MOSSAD-MİT əməkdaşlığı nəticəsində İranın sui-qəsd planlarının qarşısı alınıb, lakin Ankaranın İran agentlərini İsrailə təhvil verməsi inandırıcı görünmür.

Çünki MİT-in burada məqsədi Türkiyə dövlətinin maraqlarını qorumaq və ictimai təhlükəsizliyi təmin etməkdir, lazım olan həddə qədər yeri gələndə güc tətbiq edir, yeri gələndə də kəşfiyyat məlumatlarını mübadilə edir.

Mövzuda yarana biləcək düşüncə kilidini açmağa çalışaq. Onu demək istəyirik ki, MİT yeri gələndə MOSSAD-ın Türkiydə keçirdiyi əməliyyatların da qarşısını alır.

MOSSAD-ın hədəfində Türkiyədə təhsil alan fələstinli tələbləri ələ almaq, onları izləmək motivləri dayanır ki, burada Ankaranın da qırmızı sərhədləri mövcuddur.

Artıq İranın israilli iş adamları, biznesmenləri, diplomatları öldürmək planı Tehran üçün xam xəyala çevrildiyindən, İslam Respublikasının taktikanı dəyişəcəyi gözlənilir.

Bu taktikanın oxları bundan sonra İraq, Suriya kimi ölkələrə doğru yön alacaq, yəni İran həmin ölkələrdə İsrailin hansı nöqtələrdə təlim keçdiyini, hansı ərazilərdə baza qurduğunu öyrənməyə çalışacaq və koordinatı əldə etdikdən sonra ora zərbələr endirəcək. İsrail isə raket, artilleriya qoxusu olmadan özünün gizli müharibəsini davam etdirəcək.

Aqşin KərimovKafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir