KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Aqşin Kərimov: Kremldə “Moskvaya hücum edilə bilər” narahatlıqları

Aqşin Kərimov: Kremldə “Moskvaya hücum edilə bilər” narahatlıqları

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
196 0

Ukraynadan Rusiyaya raket zərbələri endirilməsi indi üçün mümkünsüz görünür, çünki Kiyevin əlində uzaqmənzilli raketlər yoxdur.

NATO özü də Ukraynaya uzaq hədəfləri dağıda biləcək raketlər verməkdən ehtiyat edir, Alyansın məqsədi hərb meydanının hüdudlarını genişlətməməkdir.

NATO-nun qayğıları anlaşılandır, onun bu narahatlıqları Rusiyanın da təhlükəsizliyə dair fikirlərini qarışdırır.

Hərçənd ki, Rusiya Ukraynanı dağıda biləcək kütləvi qırğın silahlarından, nüvə hücumundan bəhslər edir. Ancaq hər şey o qədər də sadə deyil, çünki Rusiya ata biləcəyi nüvə silahına NATO-nun necə qarşılıq verəcəyini hesablaya bilmir.

Bir sözlə, Rusiya ilə NATO arasındakı qarşılıqlı təhdidləri elə qarşılıqlı qorxu müşayiət edir. Qitələrarası müharibənin baş tuta biləcəyi həyəcanı Rusiyanı da, NATO-nu da Ukraynadakı silah sınağında ehtiyatlı davranmağa gətirib çıxarır.

İki ziddiyyətli qütbün silahlı nazik pərdəni təyin etməsi onların strateji aktivlərini zəiflətmir, ancaq bu qarşılıqlı ehtiyatlılıq Ukrayna üçün dəhşətlər yaşadır. Fakt budur ki, Ukrayna ötən ilin sentyabrından bu yana ərazi nailiyyətləri qazana bilmir və Rusiya Donetsk cəbhəsində cüzi də olsa, irəliləyir.

Qərb də, Ukrayna da Rusiyanın hərbi yollarla şişmək cəhdlərinə sinə gərməyi bacarmalıdırlar, bu baxımdan daha ağıllı varianta əl atılır.

Qərbin Ukraynaya tədarük etdiyi döyüş dronları müharibənin nüvə silahı tətbiqi həddinə çatmaması üçün etibarlı çıxış yoludur.

Ukrayna bundan məharətlə istifadə edərək ötən ilin dekabrında dronlar vasitəsilə Rusiyadakı “Engels-2” aviabazasını vurdu.

Ukraynanın Rusiyanın hava hücumundan müdafiə sistemlərinin radarlarından yayına bilən dronları Moskvada dramatik eskalasiya kimi başa düşülür.

Bu o deməkdir ki, Ukraynanın pilotsuz təyyarələrinin Rusiya ərazisinə hücumları Moskvaya da zərbə endirmək qabiliyyətini simvolizə edir.

Bu, Rusiyanın müdafiə potensialına qarşı təbliğatın böyüməsi üçün yaxşı fürsətdir, üstəgəl Kremldə də ölkənin dərinliklərindəki mövqelərə zərbələr endirələcəyi həyəcanı var.

Rusiya bu həyəcanın ölkə daxilində təhlükəsizliyə dair narahatlıq yaratmaması üçün Ukraynaya nüvə zərbələri endirmək ritorikasını aktual saxlayır.

Rusiyanın metastaz verən narahatlıqları onu ölkə daxilində bəzi hərbi müdafiə tədbirlərini gücləndirməyə də vadar edir.

Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbə endirməsi ehtimalları ilə bağlı narahatlıqlar Moskvanın mərkəzində hiss edilməkdədir.

Müdafiə siyasətinin zərurətlərindən irəli gəlsə də, indi Moskvanın bir çox yerində, o cümlədən Müdafiə Nazirliyinin damında zenit-raket kompleksləri yerləşdirməsi diqqət çəkməyə bilməz.

Bundan başqa, Rusiya ölkə ərazisində “S-400” hava hücumundan müdafiə komplekslərinin iş rejimini gücləndirib.

Proqnozlaşdırılan xüsusiyyət budur ki, Rusiya Qərblə gizli təmaslara girərək Ukraynanın zərbələrinin miqyasının böyütməməsini tələb edə bilər.

Düzü, Qərb də Ukraynaya silahları Rusiyanın strateji dərinliklərindəki aktivlərə zərbələr endirmək məqsədilə vermir. Amma Kiyev üçün başqa yol da qalmır. Bu dilemma ilə bağlı Ukrayna ilə Qərb arasında da intensiv danışıqlar gedəcəyini söyləmək olar.

Amma Ukrayna israrlı görünür, o, torpaqlarının işğala məruz qalmasının əvəzini Rusiya ərazisinə hansısa formada növbəti hücumda görə bilər. Ukrayna, yəqin, düşünür ki, onun bu addımları Rusiyanın Ukraynadakı hərbi kampaniyasını zəiflədə və ya dayandıra bilər.

Ancaq hər şey bu qədər sadə deyil…

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir