KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aqşin Kərimov: İvanaşvili, Vardanyan, komromat…

Aqşin Kərimov: İvanaşvili, Vardanyan, komromat…

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
28 0

Deməli, Ruben Vardanyanla bağlı Rusiyanımn daha geniş planının olduğunu yazmışdıq.

Bəzi detalları da diqqətə çatdırmaqda fayda var.
Beləliklə, Rusiya 1990-cı illərdə Qərbin Rusiya iqtisadiyyatını ələ aldığı vaxtlarda çirkli pullarla varlanan milyarderlərdən layihə kimi istifadə edir.

Onlar layihə olmağa məhkumdurlar, çünki Rusiya Qərbin qarşısında zəif zamanlarında belə onlar haqqında kompromatlar toplayıb.

Rusiya milyarderlər layihəsi ilə Cənubi Qafqaz üzərindəki dumanı qatılaşdırır, məsələn, Gürcüstanda Bidzina İvanaşvili ilə bu, həyata keçirildi və cənab İvanaşvili boz kardinala çevrildi.

Rusiya aşağı-yuxarı eyni layihəni Azərbaycanda Milyarderlər İttifaqı vasitəsilə reallaşdırmaq istəyirdi, amma 2013-cü ildəki seçki prosesi bu layihəni fiaskoya uğratdı.

Rusiya indi də Ruben Vardanyanı Qarabağa göndərir, hərçənd ki, Qarabağ üzrə layihə də alınmadı.

Kreml Qarabağdan tramplin kimi yararlanır və Vardanyanı Ermənistanın İvanaşvillisi kimi hazırlayır.

Bəs Vardanyan Rusiyanın vizyonunu tamamlasa, Azərbaycan nə edəcək?

Məncə, Azərbaycan ümumiyyətlə Vardanyanın Ermənistanda belə nüfuz sahibi olmasını da istəmir.

İkinci sual: Rusiya Cənubi Qafqaz üzrə planını tamamlamaq üçün Azərbaycanda da oxşar təsisat yaratmağa cəhd edəcəkmi? Hesab edirəm ki, cəhd etsə də, bu, baş tutmayacaq.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir