KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aqşin Kərimov: İsraillə “Hizbullah” arasında müharibə həddinə çatan qarşıdurma:

Aqşin Kərimov: İsraillə “Hizbullah” arasında müharibə həddinə çatan qarşıdurma:

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
109 0

 

1. “Hizbullah”la İsrailin bir-birlərinə qarşı həyata keçirdiyi əməliyyatlara rəğmən tərəflər bir-birləri ilə genişmiqyaslı müharibədən yayınırlar. Bunu təsdiqləyən hərəkətlər:

– İsrailin Təhlükəsizlik Kabineti “Hizbullah”a qarşı genişmiqyaslı əməliyyatlar keçirməyə tərəddüd edir,
– “Hizbullah” mediaya bəyanatlar sızdırır ki, o, İsraillə əsl müharibə istəmir.

2. İran xarici siyasət strategiyasının mərkəzi sütunu olan proksi qüvvələrin ali səviyyəli institutu “Hizbullah” İsrailə diş göstərməklə Tehranın Yaxın Şərqdəki təsir dairəsini effektiv şəkildə möhkəmlətməyə çalışır.

3. Proksi orduların elitası olan “Hizbullah” İrana strateji məqsədlərə nail olmaq imkanı versə də, onun güzəşt siyasətinin tərkib hissəsi olması üçün cəhdlərin olduğunu da söyləyə bilərik. Yəni:

– İran regional gücünün saxlanılması və genişləndirilməsində mühüm rol oynayan “Hizbullah”a verdiyi dəstəyini rəngini bir az açmağa çalışa bilər,

– Yəqin “Hizbullah” da İranın himayəsindən tamamilə asılı olduğu günləri geridə qoyub, bu asılılıqda nisbi azalmaya nail olmağa can atır,

– “Hizbullah”ın İsraillə apardığı döyüşlər də onun İranın iradəsindən qismən kənar hərəkətlərə meyilləndiyini göstərə bilər.

4. İran iqtisadiyyatdakı problemlərin xarici səbəblərini aradan qaldırmağa səy göstərir. Çünki İranın yürütdüyü siyasət ölkə iqtisadiyyatını taqətdən salan sanksiyalara məruz qoyub. Buna görə də, İran üçün İsraillə müharibə aparmaq faydalı deyil, lakin Tehranın kursunun mənalı şəkildə dəyişməsi “Hizbullah”la İsrail arasındakı “müharibə” fonunda az ehtimal olunandır.

5. İran regional münaqişələrin danışıqları yolu ilə həllində proksi qüvvələrin iştirakını nəzərdə tutmağa hazırdır. Bu məsələ İranın öz vəkillərinin davranışını mülayimləşdirmə siyasətinin işartılarını versə də, onların bütövlükdə kurs dəyişməsi proqnozlaşdırılmır.

Aqşin Kərimov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir