KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Aqşin Kərimov: İrandakı davanın motivləri: Üç əsas etnik kart, qiyam ehtimalları, elitadakı “himayədarlar”

Aqşin Kərimov: İrandakı davanın motivləri: Üç əsas etnik kart, qiyam ehtimalları, elitadakı “himayədarlar”

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
280 0

İrandakı idarəetmə əleyhinə yönələn etirazlar ölkədə kritik böhranlı vəziyyət həddinə çatmasa da, proseslərin ardıcıllığı və sistemli hal alması ictimai-siyasi sferadakı təhlükəsizlik dayaqlarını laxladır və Tehranın onsuz da problemli xarici siyasətini əlavə risklərlə yükləyir.

İslam Respublikasında davam edən anti-rejim etirazları ölkədəki əvvəlki iğtişaş və mitinqlərlə qarşılıqlı mənəvi əlaqə kimi inkişaf etsə, bu, ümumxalq etirazların dozasını çoxaldacaq.

İranda teokratik quruluşa qarşı etirazlar və iğtişaşlar üç regionda – ölkənin şimal-qərb, cənub qərb və cənub-şərq bölgələrində – fəal səviyyədədir. Bir az konkretləşdirsək, iğtişaşlar 11 vilayət üzrə 16 şəhərdə tüğyan edir.

İrandakı ərəblər, bəluclar və kürd silahlı qrupları anti-rejim mitinqlərini özlərinin gündəmlərini gücləndirmək üçün istifadə edirlər ki, bu da kənar aktorlara İslam Respublikasına təzyiq üçün dəyərli fürsətlər verir.

Ehtimal vermək çətin deyil ki, ABŞ İranla nüvə danışıqlarında təzyiqedici arqumentlərini bərkitmək üçün həmin etnik amillər zənciri ilə iğtişaşları gücləndirmək və qızışdırmaq taktikasına üstünlük verə bilər. İsrailin isə məntiqi bir qədər fərqlidir, Təl-Əviv ümumiyyətlə Tehranla hər hansı nüvə sazişinin imzalanmasının əleyhinədir.

İrandakı qara buludlar ABŞ-ın Hərbi Doktrinasında qiyam üçün müəyyən edilmiş həddə yaxınlaşmaq potensialına qədər irəliləyir ki, bu da Vaşinqtonun proseslərdə İsraili də qabaqlayaraq önə çıxmasına münbit şərait yaradır.

Hərçənd ki, İranda coşan ictimai emosiyaların müəlliflərinə çevrilmək cəhdləri hakimiyyətin ali kürsüsü uğrundakı mübarizənin ruhu ilə paralellik təşkil edən bir sindrom halına gəlir.

İranın təhlükəsizlik qüvvələrinin etirazçılara olan münasibətindəki tonun gah barışdırıcı, gah da dağıdıcı nota köklənməsi də hakimiyyətdaxili fikir ayrılıqlarının düsturunu ortaya qoyan bir nümunə sayıla bilər.

Daxildəki ictimai-siyasi istəklərlə xarici güc amillərinin sərhədləri bir-birinə qarışsa da, iğtişaşların batini cəhətlərini gün işığına çıxarmadan proseslərə geniş baxış bucağı sərgiləmək olmaz.

İranda İslam İnqilabından sonra seçkili teokratik monarxiya sistemi formalaşsa da, ölkədə rasional plüralist diskursların səsi boğulub və ölkə əhalisi qalaqlanan qəzəbini küçələrə tökür.

Etirazların mərkəzində əsasən orta təbəqə dayanır ki, onların da hakimiyyət daxilində generallardan tutmuş din xadimlərinə qədər himayədarları var.

Onlar etiraz edən təbəqəni özləri üçün hakimiyyət pillələrində qalxmaq vasitəsinə çevirir, lakin ortada SEPAH kimi gücün dayanması həm aksiyaçılar, həm də onların dövlət daxilindəki hərəkətverici qüvvəsi üçün problemlər yaradır.

İrandakı İslam İnqilabı ideologiyasına sadiq radikal hərbi-siyasi qanad isə ümumiyyətlə vətəndaş cəmiyyətinə sosial sistemin bir hissəsi kimi baxmır və onun ictimai birliyin inkişafındakı vasitəçilik roluna məhəl qoymur.

Radikal qanad özünün elit obrazını qorumaq üçün qapalı dairədir, lakin onların sifəti İranda artan etiraz ritmi fonunda getdikcə açılır.

Gözlənilir ki, İranda etirazların miqyası genişlənəcək və ölkədəki xaotik bir vəziyyətin yaranması üçün böyük idarəçilər tərəfindən ssenarilər hazırlanacaq.

Bunun hansı formalarda təzahür edəcəyi və ssenarilərin necə işləyəcəyi isə sual altındadır, hələlik görünən budur ki, İrandakı aksiyaların xarici dirijorlar tərəfindən yönləndirilməsi üçün ümumi bir yanaşma mövcuddur.

Aqşin Kərimov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir