KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Aqşin Kərimov: İbrahim Rəisini aparan helikopterin qəzaya uğraması barədə:

Aqşin Kərimov: İbrahim Rəisini aparan helikopterin qəzaya uğraması barədə:

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
29 0

– Həqiqətən də, yayılan fotolarda, qəza baş vermiş ərazidə qatı duman olduğu görünür (fotonu şərh bölməsinə yerləşdirəcəm),

– Bununla belə, hava şəraiti mümkün təxribatları qətiyyən istisna etmir,

– Rəisi İran siyasi istiblişmentində post-Xamenei dövrünün ali lideri vəzifəsinə namizədlərdən biri idi,

– Rəisinin məhz Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən qayıtdıqdan sonra qəzaya düşməsi regionda geosiyasi təsirlərdə yüksək pay almaq amalları fonunda diqqətdən kənarda qala bilməz,

– Elə isə sual olunur: Azərbaycanla İranın yaxınlaşması kimə sərf etmir?

– Bu sualın cavabını iki versiyada axtarmaq lazımdır:

1. Bakı-Tehran yaxınlığı İran daxilində radikal dairələrin maraqlarına tam şəkildə cavab vermir. Beləliklə, Rəisinin həm İran ali rəhbəri vəzifəsinə gedən yolunun bağlanması, həm də Bakı ilə əlaqələrdəki rolunu qapamaq üçün mümkün bir ssenari lazım idi.

2. Azərbaycanla İran “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tam işləməsi üçün səylərini birləşdirirdi. Bunda Rusiya da maraqlı idi, kənar qüvvələrdən isə kimin bu nöqtədə qısqanc davrandığını araşdırma mövzusu olmalıdır. Yəni, baş vermiş hadisə texniki qəza deyilsə və kənardan idarəolunan bir ssenari olubsa, deməli məsələ “dəhlizlər uğrunda mübarizə” ruhunun əksi kimi görünə bilər.

Mövzuları təhlil edərkən, məncə İsrailin üzərinə vurğular etmək yanlışdır. Ən azından buna görə ki, Azərbaycan-İran yaxınlaşmasında Bakı İsrailin maraqlarını kənara qoyan və Təl-Əvivə alternativ cəbhə kimi yanaşan formulları rədd edir.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir