KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Aqşin Kərimov: Gürcistan savunma bakanı Bakü’ye niye geldi

Aqşin Kərimov: Gürcistan savunma bakanı Bakü’ye niye geldi

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
216 0

Gürcüstanın hərb naziri Azərbaycana niyə gəldi?

Gürcüstan müdafiə naziri Cuanşer Burçuladzenin Azərbaycana səfəri, Prezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənovla görüşü ikitərəfli münasibətlərdə bəzi təxirəsalınmaz tədbirlər üçün yeni baza yaradılmasından xəbər verir.

Bunu daha aydın şəkildə səfər çərçivəsində iki ölkə arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişdə axtara bilərik.

Regionda sürətlə dəyişən siyasi və təhlükəsizlik mənzərəsini nəzərə alaraq Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı diqqətəlayiq və vacibdir.

Bəs sual olunur, Burçuladze niyə indi Azərbaycana səfər etdi? Bu sual Azərbaycanın Laçın rayonunun Ermənistanla birləşən sıfır nöqtəsində sərhəd-buraxılış məntəqəsi qurmasından sonra regionda başlaya biləcək yeni hadisələrə qarşı müdafiə immuniteti kimi başa düşülməlidir.

Məsələnin açması bu ola bilər ki, Gürcüstan regionda başlayacaq yeni proseslərdə mərkəzi mübarizə meydanına çevriləcəyini düşünür.

Ancaq Gürcüstan dövlət müstəqilliyini, suverenliyini yad təhdidlərdən qorumaq üçün Azərbaycana və onun strateji müttəfiqi Türkiyəyə əşhədü-ehtiyac duyur.

Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının dərinləşməsindəki təhlükəsizlik elementləri birgə enerji-nəqliyyat layihələrini də sığortalayır.

Gürcüstan üçün isə təhdidlər qalmaqdadır, çünki iki ərazi münaqişəsindən əziyyət çəkir, üstəgəl Rusiyanın aşkar təhdidləri Qərbi də regionda aktivləşdirir. Buna görə də, Rusiya-Qərb qarşıdurmasının qırmızı xətləri indi daha çox Gürcüstanda kəsişir.

Regiondakı geosiyasi mənzərənin mürəkkəbliyi Azərbaycan-Türkiyə-Gürcüstan bloku üzrə hərbi-siyasi müdafiə sistemlərinə yeni baxışı aktuallaşdırır.

Burçuladzenin səfəri yenilənən regional konfrontasiyalara qarşı Bakı-Ankara-Tbilisi üçbucağını vahid cəbhə halında institutlaşdırmağa xidmət edir.

Geosiyasi amilləri və təzələnən meylləri nəzərə alsaq görə bilirik ki, Gürcüstan maksimum şəkildə Rusiyanın özü üzərindəki təsirlərini tarazlaşdırmaq üçün Azərbaycan və Türkiyənin potensialına müraciət edir.

Gürcüstan müdafiə nazirinin Azərbaycana gəlişi ikitərəfli və üçtərəfli formatdakı ortaya çıxa biləcək qaranlıq tərəfləri işıqlandıracaq.

Lakin Rusiyanın regiondakı ambisiyaları, Qərbin özünəməxsus şəkildə yüksəliş üçün nümayiş etdirdiyi davranışlar Gürcüstan üçün təhlükələr yarada bilər.

Azərbaycan-Türkiyə-Gürcüstan əlaqələrini motivasiya edən faktorlardan biri də elə bu cür risklərə qarşı mübarizədir.

Risklər üçtərəfli tərəfdaşlığa yeni güc qatacaq və bunu böyük perspektivə çevirir.

İkinci bir tərəfdən, üç ölkənin regionda maraqlarını təmin etmək istəyən qüvvələrin proksi vasitələrinə qarşı anti-terror çərçivələrini də müəyyən edir…

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir