KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aqşin Kərimov: Danışıqların Brüssel raundu: Əliyevlə Paşinyanın müzakirə edəcəyi məsələlər

Aqşin Kərimov: Danışıqların Brüssel raundu: Əliyevlə Paşinyanın müzakirə edəcəyi məsələlər

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
335 0

Bu gün Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüşəcəklər.

Bu, postmünaqişə dövründə Avropa İttifaqının moderatorluğu ilə üzbəüz keçirilən 3-cü təmasdır, bir görüş isə videoformatda keçirilmişdi – ümumilikdə 4 görüş.

Budəfəki görüş əvvəlki Brüssel danışıqlarının məntiqi davamı və əldə edilmiş razılıqların icrasını birinci mənbədən yoxlamaq məqsədi daşıyır.

Avropa İttifaqı Qərbin ali təmsilçisi kimi sülh prosesindəki diplomatik-siyasi gedişatlarda üstün təşəbbüslərə yiyələnmək istəyir, lakin danışıqların ümumi ruhu Rusiyanın vasitəçilik, Türkiyənin artan maraqları ilə uzlaşdırılır.

Avropa İttifaqının təşəbbüsü ilə əldə edilmiş iki razılıq – Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların taleyi barədə məlumatlar və Birgə Sərhəd Komissiyasının fəaliyyətə başlaması – hələ də qaranlıqdan işığa çıxmayıb.

Ona görə də, cənab Mişel bu məsələdə Azərbaycanın mövqeyini İlham Əliyevlə birgə Nikol Paşinyanın qarşısında qoyacaqlar.

Son zamanlar Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində rəsmi İrəvanın törətdiyi təxribatlar da sülh və etimad mühitini qeyri-müəyyən hala gətirir.

Bu baxımdan Brüssel danışıqlarının növbəti raundunda İlham Əliyev Nikol Paşinyana təxribatlara son qoymaq tələbini irəli sürəcək.

Ermənistan postmüharibə dövründə elə bir öhdəlik götürməlidir ki, təxribata barmaq yeri də qalmasın, Brüssel danışıqları da həmin öhdəliklərin formalaşmasında mühüm rol oynayır.

Sülh yolu ilə mübahisəli məsələlərin tənzimlənməsinin Brüssel mərhələsi İlham Əliyevə, Rusiyanın təşəbbüsü ilə imzalanmış üçtərəfli bəyanatların icrası haqqında Paşinyandan məlumat almaq imkanları yaradır.

Azərbaycan üçün üçtərəfli bəyanatların əməli müstəviyə gəlməsi heç zaman aktuallığını itirmir, Ermənistan hələ də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən qanunsuz hərbi birləşmələri çıxarmaq əzmini nümayiş etdirmir.

Bunun səbəbləri ayrıca mövzudur, lakin Azərbaycan üçün nəticə lazımdır, bu nəticə əldə edilməsə, rəsmi Bakının hərbi vasitəyə əl atması üçün hüquqi və siyasi əsasları var.

Bunu başa düşən Paşinyan effektiv düsturlar yaradaraq öhdəlikləri yerinə yetirməlidir.

Brüssel görüşü ümumilikdə dayanıqlı sülhün bərqərar olmasına lazımlı töhfə verir.

Gələcəkdə bu töhfə dönüş nöqtəsi yaratmağa gətirib çıxaracaq.

Aqşin Kərimov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir