KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Aqşin Kərimov: Britaniya-Rusiya davası BÖYÜYÜR: Londonun hədəfləri

Aqşin Kərimov: Britaniya-Rusiya davası BÖYÜYÜR: Londonun hədəfləri

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
21 0

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiya ordusu Kiyevdən geri çəkildikdən sonra Ukraynanın paytaxtına səfər etdi.

Bununla da, Böyük Britaniya-Rusiya əlaqələrində qeyri-sabitlik və açıq siyasi düşmənçiliklə səciyyələnən münasibətlərin xarakteri daha da sərtləşir.

Mövzunu Britaniya siyasətinin nüvəsindəki Rusiyaya dair “dastan”ın mətnini vərəqləmək prizması ilə inkişaf etdirmək yaxşı olardı.

Britaniya Rusiyanı özünə qarşı ən böyük təhdid olaraq qiymətləndirir, London bu təhlükələri qidalandıran səbəbləri Rusiyanın bir neçə istiqamətdəki aktivliyində axtarır. Britaniyanın dərin strateji zəkasını narahat edən məqamları tezis şəklində belə təsnifatlandıra bilərik:

– Rusiyanın Avropa məkanında var-gəl edir,

– Rusiya Çinlə müttəfiqliyindən həvəslənərək Hind-Sakit okeanı regionunda özünün iddialılığını gücləndirir,

– Rusiyada kütləvi qırğın silahlarının, nüvə başlıqlı silahların istehsalının artması Britaniyanın dünyada artan maraqlarına risklər yaradır.

Britaniya ağıllı davranaraq siyasi viruslara qarşı immuniteti formalaşdırır, Qərbin hazırda Rusiyaya qarşı vahid cəbhədə səylərini birləşdirməsi Londonun ideyalarının icrasıdır.

Yəni, Qərb hazırda ABŞ-dan çox Britaniyanın çətiri altına yığışıb və addımlarını Londonun ambisiyaları ilə ayaqlaşdırır.

Britaniya Rusiya xalqına, mədəniyyətinə və tarixinə hörmətlə yanaşır və əsas hədəfi Rusiya hökumətini Qərbə münasibətini müsbətə doğru dəyişməkdir, lakin bu hədəfinə nail olması ağrılı hadisələrlə mümkündür.

Ən azından bu fikir formalaşır ki, Britaniyanın məqsədi Rusiya Prezidenti Vladimir Putini devirməkdən ibarətdir.

London Rusiyadan istədiyini almaqda israrlıdır, Kremlin isə bu strateji tamaşaya yalnız silahla çıxır və bununla qürrələnir.

Silahlardan söz düşmüşkən, Britaniyanın Ukraynaya hərbi dəstəyini artırması və müasir silahlar gətirməsi müharibənin hələ bir müddət davam edəcəyindən xəbər verir.

Consonun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə gətirdiyi portfelin içərisindən Ukraynaya silah və maddi yardın paketinə dair həlledici dəstək çıxması münaqişədə yeni istiqamət yaradır.

Çünki Rusiya rəhbərliyi danışıqlarda Qərbin masaya qoyduğu şərtləri asanlıqla qəbul etməyəcək, bu isə diplomatik təmaslarda razılıq əldə olunacağı müddətə qədər döyüşlərin şiddətlənəcəyi ehtimalını çoxaldır.

Britaniyanın gəmi əleyhinə raketləri Ukraynaya ixrac etməsi Rusiyanın donanmasını təhlükə altına qoyur, Kreml isə bunun əvəzinə yalnız raket atəşləri ilə çıxa bilər.

Vəziyyətdəki gərginliyin yeni formaya keçməsi isə böyük şahmat taxtasında mübarizəni ümumbəşəri həqiqətlər uğrunda ideyalara deyil, mənəvi qəbahətlərlə dolu, lakin strateji böyük həqiqətlərin bərqərar olmasına kökləyəcək.

Aqşin KərimovKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.