KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Aqşin Kərimov: Britaniya agentlərini Rusiyadakı idarəetmə sisteminə yerləşdirib

Aqşin Kərimov: Britaniya agentlərini Rusiyadakı idarəetmə sisteminə yerləşdirib

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
30 0

Rusiya-Ukrayna müharibəsi: Britaniya agentlərini Rusiyadakı idarəetmə sisteminə yerləşdirib

Rusiya-Ukrayna müharibəsinə dair masa üzərində olan planlar barədə ən səhih məlumatlar Britaniya kəşfiyyatındadır. Qərbi əsasən Britaniyanın Gizli Kəşfiyyat Xidməti (MI6) kəşfiyyat informasiyaları ilə təmin edir, çünki onun gücünün ölçüsü təsəvvürəgəlməz dərəcədə böyükdür.

İkinci Dünya müharibəsi zamanı Britaniya kəşfiyyatı özünün böyük şəbəkəsini qurmuşdu, bəşəri müharibənin bitməsində Londonun kəşfiyyat həmlələrinin böyük rolu olmuşdu.

Onları sadalasaq, mövzu uzanacaq, sadəcə qeyd edək ki, soyuq müharibə illərində də Britaniya SSRİ-yə qarşı ən effektiv fəaliyyət göstərən kəşfiyyat mexanizmlərinə yiyələnmişdi.

Sadəcə bir misal: 1962-ci ildə SSRİ-nin Kubaya nüvə başlıqlı raketlər yerləşdirilməsi barədə ilk məlumat Britaniya kəşfiyyatına aydın olmuşdu, özü də SSRİ Baş Kəşfiyyat İdarəsinin zabiti Oleq Penkosvki vasitəsilə.

Kəşfiyyatın ABŞ-a ötürdüyü informasiyalar əsasında hərbi-siyasi, diplomatik hərəkətlərə start verilir, nəhayətdə razılıq əsasında SSRİ raketləri geri çəkir.

Britaniya kəşfiyyatının ali orqanı MI6 indi də keçmiş ənənəsindən qopmayıb və onu müasir dövrün çağırışlarına uyğun formalaşdırıb.

Görünür ki, MI6 Rusiyanın ictimai-siyasi dairələrində nüfuz edə bilib və dəqiq məlumatlara sahiblənir. Həmin bilgilərin öz həqiqi mənasından uzaq tutularaq təhrif edilmiş formada çatdırılması isə təbliğatdır, bunu da Britaniya mükəmməl şəkildə bacarır – təbii ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə koordinasiyalı formada.

Britaniya baş verəcəkləri əvvəldən hesablamışdı, 2020-ci ildə London müasir müharibələrin bir elementi olan kiber müdaxilə imkanlarını artırmaq üçün Milli Kiber Qüvvə yaratdı.

Bu qurum müdafiə və kəşfiyyat imkanlarını bir araya gətirir. Bu orqan Britaniyanın qlobal prioritetlərini təmin etmək üçün məqsədyönlü kiberhücumlar həyata keçirir.

Britaniyanın Milli Kiber Qüvvəsi Britaniya hərbi kəşfiyyatını, MI6-nı, müdafiə texnologiyası ilə bağlı qurumları vahid komandanlıq altında birləşdirir.

Rusiyanın isə ali kəşfiyyat fəaliyyəti rəqibi Britaniyanın yanında çox sönük görünür, ona görə də, Moskva beynəlxalq rəy yarada bilmək potensialından demək olar ki, məhrum səviyyəsinə enib.

Rusiyanın kəşfiyyat və beynəlxalq informasiya platformalarından sıxışdırılmasında Britaniya xüsusi rola sahiblənib, bu isə belə nəticə çıxarmağa imkan verir ki:

1. Britaniya kəşfiyyatı kiberhücumlarla Rusiyanın hərbi sirlərini ələ keçirir,

2. Rusiyada Britaniya kəşfiyyatının agentura şəbəkəsi effektiv işləyir,

3. Hətta bu versiya da güclənir ki, Rusiyanın əhəmiyyətli postlarında Britaniya kəşfiyyatı özünə yer edib.

Aqşin Kərimov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.