KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Aqşin Kərimov: Azerbaycan için savaş mı Barış mı

Aqşin Kərimov: Azerbaycan için savaş mı Barış mı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
217 0

Hərb və sülh: Azərbaycan nə edir?

Azərbaycan-Ermənistan sərhədinin Basarkeçər-Kəlbəcər istiqamətində yenidən hərbi ritorika qızışıb.

Hadisəyə konseptual yanaşmamı 10 bəndlə təqdim edirəm:

1. Qlobal böhranın dərinləşməsi və beynəlxalq münasibətlər sisteminin zədələnməsi bir çox dövləti müdrik qərarlar əsasında doktrina qurmağa sövq edir.

2. Müdrik qərarlar müdafiə potensialının gücləndirilməsi, təhlükəsizlik sferasının mükəmməlləşdirilməsi fonunda sülh gündəliyinə xüsusi ölçü verir.

3. Yəni belə demək mümkündürsə, sülhlə müharibə qlobal məkanda “əl-ələ” tutaraq yeriyirlər, biri bəzən digərinin ayağından çəkir.

4. Azərbaycan bu cür qarışıq və mürəkkəb situasiyalardan üzüağ çıxmaq üçün bir sıra addımlar atmaqdadır, həm qlobal və regional oyunçularla əməkdaşlıq sferasını dərinləşdirir, həm də onların ambisiyaları önündə immunitet qazanır.

5. Qələbəni qazanmaq ayrı mərhələdir, ən çətini ondan sonrakı etapdır. Bu, Qələbənin etibarlı şəkildə qorunub-mühafizə edilməsi mərhələsidir. Qələbəni əbədiyaşar etməkdən ötrü onun bütün istiqamətlər üzrə əsaslarını yaratmaq mütləq zərurətdir.

6. Azərbaycan dövləti də Şərqi Zəngəzurda və Qarabağda Qələbənin davamlı olmasını şərtləndirir. Eyni zamanda, sülhə xidmət edən, eləcə də müharibə ritorikasının qızışdığı zamanlardakı həlledici cavab tədbirləri üzrə bazalarını formalaşdırır:

– Azərbaycan işğaldan azad edilmiş ərazilərdə hərbi təsisatları gücləndirir, ordu birləşmələrinin və təhlükəsizlik qüvvələrinin arsenalından bu region üçün potensial xərcləyir;

– Azərbaycan regionun xaraba qalmış mənzərəsini dirçəltməklə burada iqtisadi infrastruktur yaradır, böyük layihələr həyata keçirir;

– Ermənistanın tapdağından azad edilmiş zonalarda siyasi idarəetmə modeli yaradılır və onların fəaliyyət istiqamətləri üzrə həlledici təlimatlar verilir.

7. Bu, təcrid olunmuş Ermənistanın müttəfiq axtarışları üçün baş vurduğu kanalları da bloklayır, çünki regiondakı iqtisadi layihələr, ticari yollar üzrə yeni marşrutların müəyyən edilməsi, beynəlxalq şirkətlərin böyük proyektlərdəki iştirakı Ermənistanın cazibəsini sıfıra endirir.

9. Azərbaycan isə əksinə, müdafiə qüdrətini gücləndirə-gücləndirə həm öz maksimalist məqsədləri üçün kritik resurs toplayır, həm də beynəlxalq güclərin diqqətini rəsmi Bakının xeyrinə regiona yönəldir.

10. Hər nə qədər Ermənistana qahmar çıxan qüvvələr olsa da, bu yalnız, uzağı, siyasi motivlərlə yüklənə bilər. Lakin onun da “qırmızı xət”ləri olacaq, çünki Ermənistana siyasi dəstəyin miqyası sərhədsiz deyil və bir yerdə qırılma nöqtəsinə çatacaq.
Bu, beynəlxalq münasibətlər sisteminin spektrində Azərbaycana xoş münasibət göstərmək üçün öhdəlikləri təsvir edəcək.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir