KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Aqşin Kərimov: Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfəri

Aqşin Kərimov: Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfəri

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
16 0

1. Cənab Hikmət Hacıyevin İran proqramı Bakı ilə Tehranın regional problemləri və əməkdaşlıqları yenidən nəzərdən keçirməsi deməkdir. Yəni:

– İranın Cənubi Qafqaz və Yaxın Şərqdəki təsirləri təsvir ediləndən də daha mürəkkəb çətinliklərlə üzləşib,

– İranın artan çıxılmaz vəziyyətlərlə qarşı-qarşıya qalması, o cümlədən daxili hekayələrdəki mümkün qarşıdurma ssenariləri “keçid dövrü”nün deyil, daha uzunmüddətli bir prosesin əlamətləridir.

2. İranla Rusiya Hərtərəfli Strateji Əməkdaşlıq haqqında Saziş imzalasa da, Moskva İrana mümkün strateji təhdidlərdə müştərək müdafiə öhdəlikləri götürməyib. Bu, regionda İranın nüfuzunun zəifləməsinin müşayiətində Tehran üçün gələcək ssenarilərdə problemləri gücləndirir. Ümumilikdə Suriyada baş verən son hadisələr Azərbaycanın srateji müttəfiqi Türkiyənin Cənubi Qafqazda dominant güc kimi formalaşması ilə nəticələnir. Həm Qərb, həm Rusiya ilə güclü əlaqələrə malik olan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi önündə isə İranın effektiv müqavimət mexanizmləri yoxdur. Üstəlik, İslam Respublikası Donald Tramp administrasiyasının regional siyasətdəki sərt addımlarından çəkinir.

Deməli:

– Hikmət Hacıyevin İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşdə “Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq” fikrini səsləndirməsi Tehranın təhlükəsizlik arayışlarındakı Azərbaycan amilinin gücləndiyinin ifadəsidir,

– Azərbaycanla İranın təhlükəsizlik səmtindəki yaxınlaşmaları Tehranın regiondakı əvvəllər elan etdiyi “qırmızı xətləri” ilə əlaqədar məhdudiyyətlərlə nəticələnə bilər,

– Bu kontekst İranın Zəngəzur dəhlizi prosesindəki “maneələrinin” aradan qalxması ilə yekunlaşacaq,

3. Tehran bu zamana qədər Azərbaycanın “Huseyniyyun dosyesi” üzrə tələb etdiyi şəxsləri Bakıya təhvil verməyib. Ehtimalla, Hikmət Hacıyevin səfəri həmin dosyenin Tehran səfində yeni qiymətləndirilməsinə yaşıl işıq yandıracaq. Bunun indi üçün məntiqi açıqlaması belədir:

– İran yuxarıda qeyd edilən boşluqlardan Azərbaycanla artan çevik əməkdaşlıqlar hesabına çıxmağa həvəslidir,

– Bu, İranda Azərbaycanla əlaqədar bütün müxalif qüvvələrin dövlət qatındakı əməkdaşlıq konsolodasiyası üçün münbit şərait olduğundan Tehram “Huseyniyyun dosyesi” ilə bağlı güzəştlərə hazırdır…

Aqşin Kərimov
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir