KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aqşin Kərimov: Azərbaycan-Ermənistan: Sülh gündəliyi və risklər

Aqşin Kərimov: Azərbaycan-Ermənistan: Sülh gündəliyi və risklər

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
191 0

 

Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasına cəhdlərdə intensivlik artdıqca regional və qlobal münaqişələrin alovlanacağı xəyalı yaranır.

Hərçənd ki, Azərbaycan böyük ölçüdə Ermənistanı prosesdən kənarda saxladıqdan sonra qlobal oyunçularla fikir mübadiləsi aparmaq üçün xeyli irəliləyiş əldə edib.

Xüsusilə Laçın rayonunun Ermənistanla sıfır nöqtəsində quraşdırılan sərhəd-buraxılış məntəqəsi ilə sülhə maneə yaradan üçüncü tərəflərin hadisələrə müdaxiləsi minimallaşdıqca onlar Bakı ilə danışıqların vacibliyini önə çəkirlər.

Bununla belə, biz proseslər və onun nəticələrinin formalaşdırdığı gündəliyə daha geniş spektrdə baxanda risk faktorlarına da toxunmalıyıq.

Əsas vurğu buna yönəlməlidir: Qərb, Rusiya, İran və Çin Cənubi Qafqazı təsir dairəsi kimi görməyə davam etdikcə sülh gündəliyinin üzərində “müharibə yükü” dalğalanacaq.

Azərbaycan bu cür riskli vəziyyətlərdə öz ərazi suverenliyi üzərindəki mərkəzləşdirilmiş nəzarəti saxlamalıdır – xüsusilə bu, Qarabağdakı erməni əhali ilə bağlı beynəlxalq manipulyasiyalar fonunda əhəmiyyət qazanır.

Bu, danışıqlarda Bakının şərtlər çərçivəsində ana xətdir və mövzunu daha da genişləndirmək zərurəti meydana çıxır.

Çünki Ermənistanda revanşist əhvali-ruhiyyə sönməyib, qlobal və regional müstəvidəki təhdidlər problemlərin davam etməsinə gətirib çıxara bilər.

Bunu qlobal təzahürlərin komponenti kimi nəzərdən keçirəndə mənzərə daha da açılır. Məsələn, Rusiyanın Cənubi Qafqazdakı mövqeyi, Qərbin Kremlə qarşı həmlələri, Suriya cəbhəsindəki aktivlik, İranın proseslərdəki yeri və Azərbaycanla gərginliyi təhlükələr barədə təsəvvürləri formalaşdırır.

Belə bir situasiyada Ermənistanın silahlanmaq sevdası da diqqətlə izlənilir, İrəvan indi İran və Hindistan vasitəsilə ordusundakı çatışmazlıqları doldurmaq istəyir.

Sülh gündəmi Azərbaycanla Ermənistan arasında prioritet olsa da, İrəvanın tutduğu mövqedəki sürüşkənlik və Bakının şərtlər çərçivəsinin genişliyi iki ölkə arasındakı hərbi toqquşma riskini artıra bilər.

Bu toqquşma baş versə, üçüncü tərəf kimi çıxış edən aktorların ambisiyalarını da çətinə salacaq.

Bu epizodlar sülhün nə qədər kövrək olduğunu nümayiş etdirir, belə həssaslıq üzərində isə yekun sülhü danışıqlar yolu ilə ərsəyə gətirmək çətindir.

Ancaq çətinlik hələ mümkünsüzlük demək deyil, ən azından, ona görə ki, Ermənistan paradoksal siyasi addımlarına baxmayaraq, o, Azərbaycanla fikir ayrılıqlarını aradan qaldırmağa və Cənubi Qafqazdakı inteqrasiya modelində yer tutmağa cəhd edir.

Ümumilikdə isə Cənubi Qafqazda dinamika mürəkkəbdir və bu labirintdə ən etibarlı vasitəçi axtarmaq da çətindir. Bunu körükləyən addımlardan biri də Fransanın regionda aktivliyini Ermənistanın xeyrinə işlətmək planıdır.

Bu plan nə qədər effektivdir – məsələ bu deyil. Bu planların mövcudluğu belə, regional taxtı silkələyə bilər, çünki niyyətin olması oyun qaydalarına təsirsiz ötüşməyəcək.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir