KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Aqşin Kərimov: Azərbaycan-Ermənistan: ABŞ-nin “Rusiya mane olmur” bəyanatının gizlinləri

Aqşin Kərimov: Azərbaycan-Ermənistan: ABŞ-nin “Rusiya mane olmur” bəyanatının gizlinləri

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
154 0

“Rusiya Ermənistan və Azərbaycan üçün zəruri hesab etdiyimiz mühüm diplomatik səyləri həyata keçirməyimizə heç bir şəkildə mane olmur və biz onları davam etdirəcəyik”.

Bu bəyanatın müəllifi ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerdir və o, güman ki, Ağ Evin gündəliyi ilə əlaqədar yeni sövdələşmə tezislərini gündəmə gətirir.

Burada Cənubi Qafqazın dəyişən geosiyasəti ilə Rusiya-Ukrayna müharibəsi arasında paralelliklər qurmaq və Vaşinqtonla Moskvanın sövdələşmə kanallarını açıq saxlamağını qeyd edə bilərik.

Diqqəti çəkən nüanslar:

1. Ukraynadakı müharibənin nəticələrini müəyyən etmək üçün Rusiya ilə Qərb arasında əhatəli razılaşmaların olacağına dair fikirlər mövcuddur;

2. Güman ki, ABŞ ilə Rusiya Ukraynadakı vəziyyəti digər region üzrə qarşılıqlı razılaşma ruhuna inteqrasiya edərək sövdələşməyə girməyə çalışırlar.

Lakin Vaşinqtonla Moskvanın belə bir gizli razılıqlar kodeksi olsa belə, onu yaxşı epiloqla yekunlaşdıra bilməsi məsələsi çətin görünür.

Hər halda, Millerin açıqlamasından sonra düşünməyə əsas yaranır ki, Rusiya ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün səylərinə mane olmamasının qarşılığında Ukraynadan geosiyasi güzəşt almağa çalışır.

Bu, Rusiyanın Ukraynaya təcavüzünün Cənubi Qafqaza təsiri və Azərbaycanla Ermənistan arasında sülh danışıqları üçün vasitəçi olmaq təşəbbüslərinin ruhunu təqdim edir.

Səhnənin arxasında belə bir sövdələşmə predmeti varsa, bunun Azərbaycan-Ermənistan sülh protokoluna müsbət təsirlərinin yüksək səviyyəyə qalxa biləcəyi ehtimalı azdır.

Çünki Ağ Evlə Kreml:
– Geostrateji rəqabətlərinin çərçivələrini daraltmaqdansa, onları daha da şişirdirlər,

– Regionda və qlobal miqyasda geosiyasi rolları dəyişən potensiallarını artıraraq yeni sərhədlər cızmağa çalışırlar,

– Cənubi Qafqaz orbitində gərginlik fazalarını tətikləyəcək mənşə problemlər hələ də mövcuddur və bu, hər iki supergüc üçün müdaxilə imkanları vəd edir.

Azərbaycan isə təhdid mənbələrindən ikisini sıradan çıxarıb, birincisi, Ermənistan üzərində həlledici qələbə qazanıb, ikincisi isə, Qarabağda separatizmi məhv edib.

Regiona müdaxilə imkanlarının çoxalacağı təqdirdə isə, Azərbaycan özünün strateji müdafiə siyasətinin davamını gətirmək üçün Ermənistan üzərindəki tələb və şərtlərinin seriyasını sərtləşdirə bilər.

Çünki Ermənistanın böyük güclərin sövdələşmə kanalında qalmaq ehtimalları çoxdur və İrəvan bunun müqabilində Azərbaycanla sülh gündəliyinin ruhuna kölgə salan addımlara gedə bilər.

Göründüyü kimi, Azərbaycanla Ermənistan arasında ikitərəfli formatda danışıqlar və razılaşmaların sülh proqramını canlandırması Moskva ilə Vaşinqtonun iştahasını artırır.

Buna görə də, Bakı İrəvanla normallaşma prosesinə ehtiyatlı nikbinliklə baxmağa davam edəcək.

Ehtiyat ona görə labüddür ki, hər an Azərbaycan yeni regional reallıqların tələbi olaraq adekvat tədbirlərini görə bilsin.

Aqşin Kərimov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir