KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Aqşin Kərimov: Avropa İttifaqı missiyasının gəlişi vəziyyətin sabitləşməsinə deyil, gərginləşməsinə xidmət edəcək

Aqşin Kərimov: Avropa İttifaqı missiyasının gəlişi vəziyyətin sabitləşməsinə deyil, gərginləşməsinə xidmət edəcək

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
194 0

Sakitlik pozuldu: Azərbaycan Ermənistanın güvəndiyi gövdəyə də məhəl qoymaya bilər

Bu gün Azərbaycan Müdafiə Nazirliyi Ermənistanla sərhəddə və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə atışmaların olduğuna dair məlumat yaydı.

Bu, bir müddətlik fasilədən sonra yenidən silahların işə salınacağı ehtimallarını artırır.

Qarabağdakı separatçıların güvənc yeri Rusiya sülhməramlı kontingenti və özlərinin arxalandıqları xəstə təxəyyüldür.

Ancaq sərhəddəki məsələnin motivləri bir qədər dərinlərə işləyir.

Müdafiə Nazirliyinin məlumatına əsasən, Ermənistan tərəfi sərhədin Tovuz, Naxçıvan, Kəlbəcər istiqamətlərində hərbi təxribat törədərək Azərbaycan Ordusunun mövqelərinə atəş açıb.

Məsələ indi ona görə daha çox diqqət çəkir ki, Avropa İttifaqının missiyası Ermənistanda xidmət aparır. Əgər deyildiyi kimi, onların fəaliyyəti sülhyaratmaya töhfə verirsə, onda Ermənistan Azərbaycana qarşı hərbi təxribata cəhd etmək “cəsarət”ini haradan alır?

Ermənilərin köhnə vərdişlərini qızışdıran bulağın gözü elə Aİ missiyasının özüdür.

Mövqelərin atəşə tutulması Azərbaycanın “Avropa İttifaqı missiyasının gəlişi vəziyyətin sabitləşməsinə deyil, gərginləşməsinə xidmət edəcək” tezisini təsdiqləyir.

Ola bilsin ki, Ermənistan özünü Aİ missiyasının arxasına verərək əl-qol atmaq istəsin, amma bunun İrəvan üçün faydasından çox, zərərləri olacaq. Özü də elə atəş açdığı mövqelər istiqamətində.

Çünki sərhəddə kimin, hansı məqsədlə dayanmasından asılı olmayaraq sərhədlərin təhlükəsizliyini təmin etmək üçün Azərbaycanın güc tətbiq etmək hüququndan yararlana biləcəyi şəksizdir.

Aİ missiyasının tərkibi də özünə qarşı şübhələri artırır. 100 nəfərlik missiyanın 50-si silahlı, 50-si isə silahsız mülki şəxslərdir. Hərçənd ki, ümumilikdə İrəvan qurumun mandatını özü üçün təhlükəsizlik çətiri hesab edir.

İstənilən halda, fərqi yoxdur ki, Azərbaycanla sərhəddə neçə silahlı, neçə silahsız var, Bakı, onsuz da, uyğun bir şəraitdə İrəvana sərt cavablar verə bilmək gücünü göstərə bilər.

Bu baxımdan İrəvan Aİ-nin gövdəsinə arxalanmaq niyyətlərindən vaz keçməli, onsuz da, dünya düzəninin həssas olduğu zamanda özünü daha böyük torun içərisinə salmamalıdır.

Yeri gəlmişkən, Azərbaycanın cənub qonşusu İran da Aİ missiyasının xidmətindən məmnun kimi görünür və səsini çıxarmır.

Hərçənd ki, Azərbaycanın Aİ ilə (Fransanı çıxmaq şərtilə) danışıqlar masasında razılığa gəlib daha böyük işlər üçün yeni-yeni strateji xətt etmək təcrübəsi var.

Bu təcrübə, sadəcə, indi axsama mərhələsindədir, lakin gələcək üçün layihələri sual altında saxlamır.

Ona görə də İran bu vəziyyətə sevinmək əvəzinə, indidən özünə gün ağlasa, daha yaxşı olar.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir