KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Aqşin Kərimov: Akarın Azərbaycanla bağlı BƏYANATI: Müdafiə naziri nə demək istəyir?–

Aqşin Kərimov: Akarın Azərbaycanla bağlı BƏYANATI: Müdafiə naziri nə demək istəyir?–

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
393 0

Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırması istiqamətində atılan addımlar fonunda Türkiyə milli müdafiə naziri Hulusi Akarın verdiyi bəyanat Ankaranın Cənubi Qafqazdakı hərbi iştirakını gücləndirdiyinə dair mühüm mesajları özündə ehtiva edir.

Hulusi Akarın sitatına diqqət çəkməzdən öncə bir neçə məsələyə nəzər yetirmək lazımdır:

1. Bir həftə öncə, dekabrın 10-da Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Qarabağda atəşkəsin pozulması faktlarına dair ortaq açıqlama ilə çıxış etdilər.
Bu zamana qədər isə daha çox Rusiya Müdafiə Nazirliyi informasiya yayımında təşəbbüsü ələ almışdı, hərçənd ki, bunun Türkiyə ilə razılaşdırılıb-razılaşdırılmadığına dair da aydın təsəvvürlər yoxdur.

Səbəb nə olursa-olsun, Türkiyə tərəfi informasiya məkanında tarazlıq yarada bildi və bundan sonra Monitorinq Mərkəzinin açıqlamalarında ağırlıq dərəcəsi bərabər bölüşdürüləcək.

2. Dekabrın 10-da Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Ağcabədiyə gedib. Burada Türkiyənin Missiya Qrup Komandanlığının tərkibində olan Missiyaya Dəstək Komandanlığını ziyarət edib.
Postmüharibə dövründə Azərbaycandakı Türkiyənin Xüsusi Xidmət Komandanlığının konsepsiyası formallıqdan keyfiyyətcə yeni mərhələyə keçib.

Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığının rəisi vəzifəsinə gətirilib, general Abdulla Qatırçı da Azərbaycan Xidmət Qrupu Komandanlığının Birgə Mərkəz Komandanlığına təyin edilib (Təyinatlar bu ilin avqustunda baş tutub).

Keçən müddət ərzində şübhəsiz ki, türk generallar hərbi şəraiti analiz edərək öz ölkələrinin operativ məlumatlandırılmasında əsas mənbə rolunda çıxış edirlər.

Görünən budur ki, Ankaranın Bakı ilə münasibətlərinin strateji müttəfiqlik səviyyəsi, hərbi əməkdaşlığın dərinləşərək ölçüsünü əhəmiyyətli dərəcədə böyütməsi Türkiyənin Cənubi Qafqazdakı prioritetlərini yeni fazaya daxil edir.

Təbii ki, müharibə bitib, ancaq postkonflikt dövrünün özünün də riskləri mövcuddur və mümkün təhlükələrə qarşı Azərbaycanla Türkiyə birgə immunitet formalaşdırır.

Hulusi Akarın verdiyi bəyanat da risklərə qarşı Bakı-Ankara tandeminin müştərək maraqlar kontekstində müdafiə zolağı yaratdığının göstəricisidir.

Akarın sitatına diqqət edək:

“Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Silahlı Qüvvələri ölkə daxilində və ölkəmizin hüdudlarından kənarda həm özünün, həm də Şimali Kipr, Liviya, Azərbaycan kimi dost və qardaş ölkələrin təhlükəsizliyini, hüquqlarını, manafeyini qorumaq üçün yay-qış, gecə-gündüz, dağ-dərə bilmədən “Ölsəm şəhid, qalsam qazi” prinsipi ilə mübarizəsini davam etdirir”.

Müdafiə nazirinin açıqlaması Türkiyənin Azərbaycanda hərbi iştirak səviyyəsini qaldırdığının göstəricisidir və onu göstərir ki, Ankara üçün Azərbaycanın təhlükəsizliyi xarici siyasətinin prioritetləri sırasındadır.

Hulusi Akar bir az sadə ifadə etsək “bundan sonra Azərbaycana hər hansı təhlükə mövcud olsa, qarşısında Türkiyəni görəcək” demək istəyir.

Cənab Akar bu bəyanatını həm də Azərbaycam və Ermənistan liderlərinin Brüsseldə keçirilən danışıqlardan sonra səsləndirdi.
Bunun təsadüf yoxsa məqsədli şəkildə olduğunu aydınlaşdırmaq çətindir, hərçənd ki, başa düşmək çətin deyil ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması heç də hər kəsin marağında deyil.
İkinci diqqət etdiyimiz bir nüanas var, fikrimizcə, bunun üzərindən keçmək olmaz.

Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO baş katibi Yens Stoltenberqlə mətbuat konfransında Türkiyənin NATO üzvü olmasına vurğu etməklə Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsini xatırlatdı.

Təbii ki, NATO Cənubi Qafqazdakı maraqlarını bu coğrafiyaya ən yaxın məsafədə yerləşən üzvü Türkiyə vasitəsilə təmin edir və bunn miqyasını genişlətmək istəyir.

Ehtimal vermək olar ki, Qərblə Türkiyənin maraqları bir çox məsələdə toqquşsa da, Cənubi Qafqaz məkanında uzlaşır. Yəqin ki, NATO da Türkiyəyə hansısa əsaslı vədlər verib və Ankaranı Rusiya faktoru önünə çıxarır.

Hərçənd ki, Türkiyə ilə Rusiyanı da ortaq maraqları birləşdirir, indi məsələ oyun qaydalarının necə icra edilməsindən asılı olacaq…

Aqşin Kərimov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir