KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Aqşin Kərimov: ABD və Azərbaycan nəyi “bölüşdürür?”

Aqşin Kərimov: ABD və Azərbaycan nəyi “bölüşdürür?”

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
327 0

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da səfərdədir.

Hikmət Hacıyev səfəri zamanı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

Rusiya-Ukrayna müharibəsinin uzanması, dünyada humanitar böhranın yaranması, enerji resurslarına baxışların redaktə edilməsi ABŞ və Britaniyanı region ölkələri ilə dil tapmağa və əməkdaşlıqda yeni səhifələr açmağa vadar edir.

Çünki ikitərəfli və çoxtərəfli əməkdaşlıqda yeni səhifələrin açılması Ağ Evlə London üçün müdafiəedici istiqamətlər formalaşdırır.
ABŞ-ın son zamanlar Azərbaycana isti münasibət sərgiləməsinin motivləri də həmin amillərə söykənir.

Azərbaycanın Cənubi Qafqazda yeni reallıq yaratması, Türkiyə ilə münasibətlərini ittifaq səviyyəsinə qədər yüksəltməsi Birləşmiş Ştatları bu ikiliyə münasibətində müsbət impulslar yaradır.
ABŞ bununla da hədəfləyir:

1. Rusiya-Ukrayna müharibəsindən sonra qlobal güclərin pay bölgüsünü müəyyən etmək təşəbbüsünü ələ almaq və öz üstünlüyünü təmin edən rıçaqlar formalaşdırmaq,

2. Rusiya ilə coğrafi yaxınlıq təşkil edən regionlarda Kremlin maraqlarını sıxışdırıb kənara çıxarmaq,

3. Qlobal enerji bazarlarında hegemonluğunu təmin etmək.
ABŞ hədəflərinin hər birinə çatmaq üçün Azərbaycanla əməkdaşlığın mühərrikini gücləndirmək əzmini nümayiş etdirir, hərçənd ki, Bakının Ankara ilə sürətli yaxınlaşmasına görə qısqanclığa da qapılır.

ABŞ supergüc olduğundan onun təhlükəsizliyə yanaşmasının sərhədləri də genişdir, elə bu səbəbdəndir ki, Sallivan Hacıyevlə danışıqlar masasına oturub və Azərbaycanın gələcək rolu barədə konturların cızılması üçün Bakının tezislərini dəyərləndirir.

Azərbaycan da ABŞ-ın strateji yanaşmasını dəqiqləşdirmək və ortaya çıxa biləcək risklərdə Vaşinqtonun yaxasını kənara çəkməməsi üçün mövqeyini ifadə edir.

Düşünmək olar ki, Sallivan Azərbaycanın Rusiya ilə əməkdaşlıq xəttindən ayrılaraq üzünü Vaşinqtona tutması üçün şəraitin yaradılmasına Bakını əmin etmək istəyir. Lakin Azərbaycan dövləti özünün balanslı siyasətindən qopan deyil, sadəcə bu balansda çəki dərəcələrini yenidən nəzərdən keçirən konsepsiya ortaya qoyur.

Buna rəvac verən Azərbaycan-Türkiyə strateji müttəfiqliyidir, “şifrəni” açmağa çalışaraq qeyd edək ki, ABŞ Bakı-Ankara münasibətlərinə nə qədər qısqanc yanaşsa da, bir tərəfdən də bu amil ona sərf edir.

Çünki Türkiyənin NATO üzvü kimi Cənubi Qafqazda hərbi-siyasi dozasını artırması Vaşinqtonu qane edir, amma Ankaranın bu iştirakının bəzi cizgilərini Rusiya ilə uzlaşdırması Ağ Evi qıcıqlandırır.

Türkiyə ilə iplərin qırılması isə ABŞ-a qətiyyən fayda gətirmir, ona görə də, Azərbaycan-Türkiyə-ABŞ üçbucağında uzlaşdırma müzakirələrinin aparılması vacibdir.

Yəqin buna görədir ki, Hikmət Hacıyev Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcanla görüşüb. Ehtimal ki, o, Sallivanla danışıqlarının nəticələrini türkiyəli diplomatla müzakirə edib.

YEKUN olaraq qeyd etmək lazımdır ki, ABŞ Azərbaycana dair yanaşmasında ən azından orta müddətli strategiya hazırlayır və bunun elemenentləri Bakı-Vaşinqton xəttində müzakirə predmetinə çıxarılır.

Aqşin Kərimov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir