KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aqşin Kərimov: ABD Çin rekabeti savaşa dönüşür mü

Aqşin Kərimov: ABD Çin rekabeti savaşa dönüşür mü

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
203 0

Blinkenin “Çin portfeli”ndən seçki məsələsi də çıxır: “Döyüş” davam edəcək

ABŞ Dövlət katibi Antoni Blinkenin Çinə səfəri Pekinin Vaşinqtonu qlobal lövhədə ofsaydda qoymaq cəhdlərinin intensivləşdiyi, dünyanın iki ən böyük iqtisadiyyatı arasında gərginliyin yeni zirvələrə çatdığı bir vaxta təsadüf edir.

Yox, bu da son deyil, Çin əvvəllər iqtisadi güc kimi xarakterizə edilirdisə, artıq siyasi-hərbi potensialını münaqişəli regionlar üzrə vasitəçilik etmək həddinə qədər inkişaf etdirir.

Bu, ABŞ və Rusiya kimi konfliktləri idarə edən güclərin bazarına müdaxilədir.

Ukraynadakı müharibə fonunda Moskva və Vaşinqtonun buraxdığı boşluqlara Pekin ustalıqla sızaraq onların alovunu söndürməyə çalışır.

Bəs Pekin bununla kifayətlənirmi? Əlbəttə ki, birmənalı olaraq “xeyr” deyə bilərik, çünki Çin ABŞ-nin qlobal tablodakı itkilərindən istifadə edərək ona qarşı hərbi, kəşfiyyat fəaliyyətlərini də genişləndirir, gah hava şarlarını casus fəaliyyəti üçün ABŞ-nin hava məkanına buraxır, gah da Kubada Ağ Evi “izləyir”.

Çinin ambisiyaları onun Tayvanla bağlı mövqeyində hərbi müdaxilə ssenarilərini də üstə çıxarır, bu isə artıq ABŞ üçün qəbuledilməzdir.

Blinken bütün bunların ölkəsi üçün “qırmızı cizgi” tərəflərini anlatmaq missiyası ilə Çinə “yürüş etdi” və Pekindəki danışıqların raundundan praqmatik nəticələr çıxacağını fikirləşmək yanlış olardı.

ABŞ Tayvan məsələsinə “Vahid Çin” prinsipindən baxmağa sadiqdir, lakin adaya müdaxiləni də ənənəvi olaraq qəbuledilməz sayır.

Blinkenin Çinə səfəri ikitərəfli münasibətlərdə irəliləyiş üçün baza yaratmır. Hərçənd, Çin Sədri Si Cinpin Blinkenin səfəri zamanı keçirilən danışıqlarda ikitərəfli münasibətləri sabitləşdirmək istiqamətində irəliləyiş əldə olunduğunu bildirib.

Ancaq bu, sıravi diplomatik bir açıqlamadır, çünki Vaşinqton müzakirələrdə qlobal səhnədəki mövqeyinə dəstək axtarmaqdan ötrü Pekindən “sürəti azaltmağı” xahişqarışıq tələb kimi səsləndirə, Çin isə əvəzində Tayvanı “mübadilə proqramı” kimi masaya qoya bilər.
Əlqərəz, nə Çin mübtəla olduğu qlobal genişlənmə “mərəzindən” əl çəkəndir, nə də ABŞ Pekinə hansısa güzəştlər etmək niyyətindədir.

Ağ Ev üçün ikinci bir mümkün dalğa ABŞ-də 2024-cü ildə keçiriləcək seçki ilə əlaqədar gələ bilər. Yəqin, Ağ Evdə bu fikrə sahib olanlar var ki, Çin kəşfiyyatı ABŞ-dəki prezident seçkisindəki kampaniyalarda gizli ələ çevrilə bilər.

Blinkenin səfər portfelində Ağ Evin Çin siyasətində balanslaşdırılmış strategiya yürütməyə inandıracaq tezislər də yer ala bilərdi, lakin bunun indi elə bir əhəmiyyəti yoxdur.

Ona görə də ABŞ-Çin münasibətlərində qarşıdurma elementlərinin davam edəcəyi ehtimalı daha çox güclənir.

Tərəflər bir-birinə qarşı yönələn geniş təhlükələrdən qorunmaq zərurətlərini göstərməkdən ötrü rəqabət mühitini maraqların kəsişdiyi bütün regionlara daşıya bilərlər.

Geosiyasi aspektlər üzrə yanaşmalar Tayvan məsələsi kontekstində daha da mürəkkəbləşir.

Tayvan üzrə münaqişəli mövzular qlobal mənzərədəki Çin-ABŞ rəqabətinin şiddətinin artmasına təsirsiz ötüşməyəcək.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir