KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Aqşin Kərimov: Əliyevin “Euronews” televiziyasına müsahibəsi

Aqşin Kərimov: Əliyevin “Euronews” televiziyasına müsahibəsi

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
163 0

1. Vasitəçilik mövzusu

– İlham Əliyev Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki rolunu etibarlı vasitəçilik kimi xarakterizə edir,

– Bununla da bir növ, Rusiya və ABŞ-nin moderatorluqlarını Avropa İttifaqının qurduğu masaların kölgəsində saxlayır ki, onun da səbəbləri var,

– Lakin nəticəyə gəlməyin vacibliyinə toxunaraq sülh sazişi ilə yekunlaşa biləcək təşəbbüsü irəli sürən tərəfləri dəstəkləyəcəyini bəyan edir – bu, ABŞ-yə də, Rusiyaya da bir çağırış kimi başa düşülməlidir,

– Məsələnin dolğun təhlükəsizlik mühitinin yaradılması, Ermənistanın işğalçılığına son qoyulmasını rəsmiləşdirən və bunun üçün İrəvanın dilindən iltizam alacaq səviyyəyə çatmasını istəyir.

2. 10 Noyabr Bəyanatı

– Sənəd sülh sazişi olmasa da, sülh üçün tənzimləyici xüsusiyyətlərə malikdir, ancaq bu, kifayət deyil,

– Ona görə də Azərbaycan Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Qərb platformalarının Bakı-İrəvan münasibətlərinin nizamlanması üzrə aktivliklərini də qiymətləndirir,

– Nəticə olaraq Azərbaycan bir tərəfin mütləq təşəbbüsü ilə deyil, uyğun olarsa, rəqabət aparan Qərb-Rusiya platformasının birgə iştirakı ilə sülh müqaviləsi imzalanmasına maraq göstərir.

3. Rusiya ilə əlaqələr

– Rusiyanın Ukraynadakı müharibə səbəbilə geosiyasi alətləri itirmək riski çoxalır, təbii ki, Azərbaycan üçün Moskvadan gələn ambisiyaların zəifləməsi məqbuldur,

– Ancaq Rusiyanın Cənubi Qafqazdakı maraqları seyrəlməyib, ələlxüsus Kreml Gürcüstan və Ermənistanı hədəf lövhəsində görür,

– İlham Əliyev Azərbaycanın Rusiyanın regional ambisiyaları qarşısındakı adekvat davranışlarını “Biz Rusiyanın Cənubi Qafqazdakı qonşularımızla qarşılıqlı əlaqələrini, sadəcə, müşahidə edə bilərik. Azərbaycana gəldikdə isə çox şey dəyişməyib, çünki bizim Rusiya ilə münasibətlərimiz artıq tarazlaşdırılıb” sitatı ilə təsvir edir,

– Azərbaycanın Rusiyanın regional maraqlarındakı notlara qarşı Qərblə əməkdaşlığı tarazlayıcı tərəzi kimi qiymətləndirməsi prosesi baş verir.

4. Qarabağdakı ermənilər

– Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində yaşayan ermənilərin taleyi rəsmi Bakının strateji planından asılı vəziyyətdə qalmaqdadır,

– Təbii ki, onlar üçün xüsusi və əlahiddə imtiyazlar nəzərdə tutulmur, sadəcə, Qarabağda yaşamaq istəyirlərsə, Azərbaycanın şərtlərini qəbul etməlidirlər, əks təqdirdə, ölkə ərazisini tərk etməlidirlər – Əliyevin mesajları həmin məqamları özündə əks etdirən yükə sahibdir.

5. Ermənistan sülhə qarşı getsə…

– Əliyev müsahibədə Ermənistana çağırış edərək vurğulayır ki, İrəvan üçün yaxşı və ya qat-qat yaxşı arasında seçim etmək şansı yoxdur,

– Əliyevin Ermənistan üçün seçimin çox pis və qəbulolunan arasında olduğunu vurğulaması iki ssenarini canlandırır,

– Çox pis variant o deməkdir ki, Ermənistan bu aralığı özünün revanşist məqsədlərindən doğan hərəkətlərlə doldurmağa çalışsa, Azərbaycan güc tətbiqini özünün müdafiə komponenti kimi reallaşdıracaq,

– İkinci ssenaridə isə Ermənistan sülh müqaviləsini imzalayır, təzminat ödəyir, öhdəliklərini konstruktiv formatlarda icra edir.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir