KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Aqşin Kərimov: Əliyev-Paşinyan görüşü:

Aqşin Kərimov: Əliyev-Paşinyan görüşü:

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
317 0

Ərdoğanın bəyanatı, Əliyev-Putin danışığı, ABŞ-dan edilən zəng

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş keçiriləcək.

Bu görüş 2022-ci ildə liderlər səviyyəsində keçirilən ilk görüşdür və vasitəçilik prosesində Avropa İttifaqı önə çıxır.

Əliyev-Paşinyan danışıqlarının növbəti raundu sonrakı proseslərin gedişini müəyyənləşdirəcək, nəzərə alaq ki, İlham Əliyevin Ermənistana verdiyi 6 ay vaxtdan 3 ay keçir, yerdə isə növbəti üç ay qalır.

Azərbaycanın dövlət başçısının xəbərdarlığı görünür ki, Ermənistan üçün yeni çəkindirmə aktına çevrilib, ona görə də, İrəvandan verilən bəyanatlarda ikibaşlı elementlər olsa da, onların ümumi ruhu sülh danışıqlarına uyğundur.

Görüşdən bir neçə gün öncə, martın 31-də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın “erməni silahlıları Qarabağdan çıxarılmalıdır” bəyanatı mətbuatda yayımlanıb, bunun ardınca isə İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Üçtərəfli bəyanatların icrası prezidentlərin müzakirə predmetində dayanıb.

Azərbaycan-Türkiyə strateji maraqları Bakı-Ankara-Moskva üçbucağındakı birgə niyyətlərlə uzlaşdırılır, Bakı isə qırmızı xətlərinin üzərinə nə Qərbi, nə də Moskvanı yaxın buraxır.

Məsafəli strateji yanaşma Azərbaycanın əlini gücləndirir, amma sülh müqaviləsinin gündəliyinin formalaşmasında Qərb də, Rusiya da təşəbbüsləri əldən buraxmaq istəmir.

Bakı təkliflərə açıqdır, özünün təklif etdiyi 5 maddəlik baza prinsipləri əsasında hərtərəfli sülhə nail olmağı hədəfləyir.

Əliyev Brüsselə yollanmamışdan öncə, aprelin 5-də ABŞ dövlət katibi Entoni Blinken Bakıya zəng edib, ABŞ-ın baş diplomatı Əliyevə Brüssel danışıqlarının onlar üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Azərbaycanın beynəlxalq məhkəmələrə dair gündəmində dayanan məsələlərin mayasında, Ermənistan üçün yeni cəza kəsilməsinə nail olmaq məqsədləri dayanır.

Bunun üçün Azərbaycanın əlində artıq yeni dəlillər də var – Edilli və Fərruxdakı məzarlıqlar.

Bu, Ermənistan üzərində əlavə təzyiq yaradır, İlham Əliyevin Blinkenə humanitar məsələləri xatırlatması da həmin məzarlıqlar kontekstində diqqət cəlb edir.

Yəni, Brüssel danışıqlarının humanitar məsələlərə dair hissəsində Ermənistana kütləvi məzarlıqların yerini vermək üçün basqı yaradılacaq – bu, Ermənistandan başqa hamının marağındadır.

Görüşdən sonra ATƏT tərəfindən mühüm bəyanat veriləcəyi gözlənilir, bu isə humanitar məsələlərdə hansısa razılığın əldə olunacağına işarə kimi qiymətləndirilə bilər.

Danışıqların hərbi-siyasi kontentində Laçın dəhlizinə dair Azərbaycanın yanaşması da nümayiş etdirilə bilər, nəzərə alaq ki, Əliyev ötən ilin dekabrında Laçın dəhlizi ilə Zəngəzur dəhlizi arasında paralel aparmışdı. Özü də məhz Brüsseldə.

Dəhliz arqumentinin analogiya formasında Qərbin siyasi mərkəzində gündəmə gətirilməsi belə təəssürat yaradır ki, bu yanaşmanın məntiqi davamı aprelin 6-da da nümayiş etdiriləcək.

Ermənistan Zəngəzur dəhlizini dəhliz statusu kimi tanısa, Azərbaycan da Laçın dəhlizinə dair oxşar məzmunlu rejim tətbiq edə bilər.

Ancaq Azərbaycanın əlində digər bir kozır da var, bu isə İrandan keçməklə Şərqi Zəngəzur regionundan Naxçıvana yol açılması planıdır.

Bununla da, Ermənistanın Laçın dəhlizinə dair istəyi puça çıxır, Azərbaycan isə öz gündəliyindən Zəngəzur dəhlizini çıxarmayıb.

Aqşin Kərimov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir