KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aqil Samedbeyli: Yeni Dünya Düzəni

Aqil Samedbeyli: Yeni Dünya Düzəni

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
386 0

-Rusiyanın Ukrayna’da işğal girişimi başladıqdan ve Ukrayna Xalqının bir nəfər kimi işğala qarşı savaşmasından, rus mifini darmadağın etməsindən sonra dünyada surətlə yeni düzən qurulacaq.
Bu düzən qurulmaqdaykən Azərbaycan’ın bu sürəcdən ən az zərərlə çıxması önəmlidir.
Əslində Qarabağın bir hissəsini azad etdikdən sonra Azərbaycan’da ciddi islahatlar aparılmalıydı.
Ancaq İlham Əliyev bunu gerçəkləşdirmədi və ya bacarmadı. Ferqi yoxdur, nəticə eynidir.
İndi islahat ya xoşluqla aparılacaq, ya da zorla bu islahatı apartdıracaqlar.
Zorla olanda itirən yenə Azərbaycan olacaq.
O zaman bu olmadan, Yaponlar’ın sorun ortaya çıxmadan onu çözmə fəlsəfəsinə əməl etmək lazımdır.
28 May’da siyasi tutukluların azad edilməsi şansı qaçırıldı.
Qaldı yaxın zamanda Milli Məclisin gerçək anlamda Milli mahiyətdə formalaşdırılması.
Rusiya’nın bölgədə təsiri azaldıkca, Qərbin təsiri güclənəcək.
Son günlərdə Fransa ve Amerika’nın aktivləşməsi açık görünür. Fransa Səfiri ucqar bir kəndə gedir, ot biçir..ABD Dövlət Katibi tez-tez Prezident’ə zəng edir, demokratik islahatlar istəyir. Bu təzyiqlər getdikcə artacak. Elə zənn etməyin ki, Rusiya’nın zəifləməsi sadəcə bizə yarayacaq. Bəlkə də düşmənlərimizə daha çox yaradı. Axı Fransa ve Amerika birtərəfli qaydada düşmənimizin haksız mövqeyini hər zaman müdafiə ediblər. 44 günlük savaşda bu açık göründü.
İngiltərə onsuz da bölgədədir, həm doğrudan, həm də dolaylı olarak.
Azərbaycan daxilində kifayət qədər narazı elektorat var. Bir balaca münbit şərait yaranan kimi bu fırtınaqabağı səssizlik pozulacaq. Azərbaycan çox ciddi təhlükəylə üzləşəcək. Bastırılmış nifrət duyğuları birdən birə aslan kəsiləcək. Xarici fürsətçilər bu məqamı bizdən yaxşı bilirlər. Onlar bu məqamdan öz maraqları üçün istifadə edəcəklər. Bax o zaman çox gec olacak!
Həm de indi beyni farsçılıqla zəhərlənmiş ciddi ve təşkilatlı bir təhlükəli təbəqə də formalaşıb. Basqa zərərli cərəyanlar da var. Hamısının da arxasında “day daylar’i.
Ona görə də zamanında ciddi islahatlar aparılmalıdır. Yalançı yox, həqiqi Milli Məclis formalaşmalı, bunun üçün bütün siyasi kəsimlərin təmsilçilərindən ibarət seçki komisiyaları formalaşdırılmalı, kadr yerdəyişməsi yox, kadr islahatı aparılmalı, ölkəmizin gələcəyi qarantiya altına alınmalıdır.
Əlbətdə bunları Rəsulzadə-Elçi Bəy yolunda olanların etməsi daha xoş olardı.
Ancak Rəsulzadə-Elçi Bəy abidələrini belə birlikdə ziyarət ede bilməyənlərin nə yazık ki, belə bir imkanı yoxdur.
Artık yalanla gözbayama dönəmi geridə qalıb.
Görəvli Vətənpərvərlərlə, görəvli Millətçilərlə, kadrların yerini dəyişməklə heç kimi aldatmak mümkün deyildir.
Xalq hər şeyi görür, hər şeyin fərqindədir.
Susursa bilmədiyindən deyil, sadəcə izləyir.

Aqil Samedbeyli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir