KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Aqil Camal: Gürcüstan Prezidenti etirazçıların tərəfinə keçdi

Aqil Camal: Gürcüstan Prezidenti etirazçıların tərəfinə keçdi

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
185 0

Heç kimin tələ qurmağa haqqı yoxdur”.

Bunu Gürcüstan prezidenti Salome Zurabişvili(1)“xarici agentlər” haqqında qanun layihəsinə etiraz edənlərə müraciətində bildirib.

“Mən bu axşam Rustavelidə (Tbilisinin əsas prospekti – red.) dayananlara müraciət edirəm. Hazırda Nyu-Yorkdayam və arxamdakı Azadlıq heykəlidir. Gürcüstan bu simvol uğrunda hər zaman mübarizə aparıb, siz də məhz bu məqsədlə toplanmısınız. Mən sizin tərəfinizdəyəm. Bu gün siz azad Gürcüstanı təmsil edirsiniz. Öz gələcəyini Avropada görən Gürcüstan heç kimə bu gələcəyi oğurlamağa icazə verməyəcək. Heç kimin tələ qurmağa haqqı yoxdur. Bu gələcək bizim gələcək nəsillərimizə aiddir. Moskvanın diktə etdiyi bu qanuna heç kimin ehtiyacı yoxdur” – Prezident deyib(APA).

Tbilisidə polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib

Tbilisidə polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib

Gürcüstanda parlament binasının ətrafında vəziyyət gərgin olaraq qalır.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, əraziyə cəlb edilmiş xüsusi təyinatlı polis qüvvələri etirazçıları su şırnağı və gözyaşardıcı qazdan istifadə edərək dağıtmağa çalışır. Etirazçılar su şüşələri və daş ataraq polisə müqavimət göstərirlər. Hazırda polis parlamentin girişlərinin olduğu küçələri nəzarəti saxlayır. Əraziyə çox sayda təcili yardım maşını cəlb edilib.
Aqil Camal

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir