KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. apreldə cəbhə bölgəsində nələr baş verəcək

apreldə cəbhə bölgəsində nələr baş verəcək

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
472 0

Minsk qrupu həmsədrləri Bakıda prezident İlham Əliyevlə görüşdükdən sonra mətbuat konfransı keçiriblər. Rusiyalı, fransalı və amerikalı həmsədrlərin verdikləri açıqlamalardan gəldiyim qənaət budur ki, illər keçir beynəlxalq vasitəçilərin mövqeyində dəyişən bir şey yoxdur. Bu 3 dövlət münaqişənin ədalətli həllini sürətləndirmək üçün gərək Ermənistan hakimiyyətinə kiçicik təpki göstərələr ki, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması sürətlənsin və tərəflər həqiqi sülhə yaxınlaşsınlar. Ancaq Moskva, Vaşinqton və Paris bu işə enerji sərf etmək istəmirlər.

Bu 3 dövlətin yeganə dərdi bölgədə atəşkəsin qorunmasına təminat almaqdır. Ermənistan hakimiyyətinə də elə bu lazımdır. Azərbaycan “atəşkəsə daima riayət edəcəyik” təminatını kimsəyə verə bilməz. Bir də ki, bu 3 dövlət həmsədrlik institutu vasitəsilə “Cənubi Qafqazda biz də varıq” demək istəyirlər. Əslində gərək “varlıqlarını” bir ay sonra göstərərdilər, bölgəyə martın sonunda və ya aprelin əvvəlində gələydilər. Çünki bilmək olmaz apreldə cəbhə bölgəsində nələr baş verəcək…Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir