Azərbaycan hansı yolun başlanğıcındadır?

YAZ SAATİ NEDİR, NE DEĞİLDİR?

KATAR EMİRİ AL THANİ’N MOSKOVA ZİYARETİ

Rusya ve Kuzey Kore Bir araya Geliyor

Ankara və Vaşinqton “kürd zolağı” bazarlığı

Gündem 7 Eylül 2019
56

ABŞ hakimiyyəti həm Türkiyəni, həm də kürdləri itirmək istəmir
ABŞ ordusu baş qərargah rəisi Cozef Danford Suriyanın şimalında yaradılacaq “təhülkəsiz zona” barədə açıqlama verib. O deyib ki, bu bölgənin yalnız Türkiyənin nəzarətində olması ABŞ və Türkiyənin birgə maraqlarına xidmət etməyəcək.

ABŞ Xarici Əlaqələr Şurasında çıxış edən general bildirib ki, Türkiyənin Suriya ilə sərhədi ilə əlaqəli narahatlıqları var. O, hazırda Türkiyə ilə davamlı dialoq aparıldığını, Suriyada Türkiyə-ABŞ birgə əməliyyat mərkəzinin qurulması ilə bağlı anlaşma əldə olunduğunu xatırladıb. Danford deyib ki, Vaşinqton Türkiyənin narahatlığını aradan qaldıra bilər. Ancaq o, “təhlükəsiz zona”nın Ankaranın nəzarətində olmasının iki tərəfin maraqlarına uyğun olmayacağını əlavə edib.

Baş qərargah rəisi növbəti dəfə xatırladıb ki, ABŞ İŞİD-ə qarşı mübarizədə “Suriya Demokratik Qüvvələri”nə (kürdlər – K.R.) dəstək verir: “Hazırda Suriyada İŞİD-in qalıqlarına qarşı təsirli mübarizə aparmaq üçün koalisiyanın dəstəyinə ehtiyac var. Terrorçulardan təmizlənən bölgələrdə təhlükəsizliyin təmin olunması günü yerli qüvvələrin hazırlanması lazımdır”.

Xatırladaq ki, avqustun ikinci yarısında Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ müdafiə naziri Mark Esper arasında telefon danışığından sonra Türkiyə Milli Müdafiə Nazirliyi “Suriyada təhlükəsiz zonanın yaradılması planının birinci mərhələsinin başlanması ilə bağlı razılaşma əldə olunduğunu” bəyan edib. Daha sonra isə ABŞ və Türkiyə ordusunun iki generalı vertolyotla əməliyyat bölgəsi üzərindən uçuş həyata keçirərək əraziyə baxıblar.

ABŞ Müdafiə Nazirliyi isə ABŞ və Türkiyənin razılaşdırılmış planın mərhələli və koordinasiyalı şəkildə tətbiq ediləcəyini açıqlayıb. Ancaq həmin vaxt təhlükəsiz zona haqqında detallar, hansı əraziləri əhatə edəcəyi ilə bağlı əlavə məlumat verilməyib. Bu açıqlamadan az sonra Türkiyə və ABŞ ordusunun iki generalı vertolyotla əraziyə baxış keçirib.

Bundan bir neçə gün sonra isə YPG silahlıları və ağır hərbi texnikanın Suriya-Türkiyə sərhədindən geri çəkməyə başladığı haqda xəbərlər yayılıb. Bu, Türkiyə və ABŞ arasında uzun zamandır davam edən müzakirələrin nəticə verdiyi və planın işləməyə başlaması kimi qiymətləndirilib. “Reuters” Agentliyi YPG-nin Tel Abyad və Ras əl-Ayn məntəqələrindən çəkildiyi haqda xəbər yayıb. Agentliyin xəbərində qeyd olunur ki, kürd mənbələri geri çəkilmələrini “dialoq yolu ilə həll yolu tapılmasına tərəfdar olmaları” ilə izah ediblər.

Hələlik kürdlər yalnız iki məntəqədən çəkilib. Ümumilikdə isə dəhlizin hansı böyüklükdə olacağı bəlli deyil. Türkiyənin təklif etdiyi 35-40 kilometr, amerikalıların təklif etdiyi 32 kilometr, yoxsa kürdlərin təklif etdiyi 5 kilometr olacağı dəqiq məlum deyil. Ancaq bir şey var ki, Türkiyənin təklif etdiyi 35-40 kilometrlik zolaq razılaşdırılsa, bu o deməkdir ki, kürdlər tutduqları ərazilərin yarıya qədərini itirməli olacaqlar. Kürdlərin, eləcə də Vaşinqtonun bununla razılaşacağı inandırıcı deyil. Ancaq istənilən halda bu razılaşma Suriya ətrafında hərbi-siyasi proseslərin daha da hərəkətləndiyini göstərir.

Danfordun açıqlaması iki əsas məqamı ilə diqqət çəkir . Birincisi, amerikalılar “təhlükəsiz zona”nı Türkiyəyə vermək, türklərin sərhəd zolağına təkbaşına nəzarət etməsinə imkan vermək fikrində deyil. İkincisi isə ABŞ hələ də SDQ, yəni Suriya kürdlərinə dəstək verir və bu dəstək davam edəcək.

Məsələ ondadır ki, söhbət 500 kilometrə yaxın uzunluğu olan və İraq sərhədindən başlayaraq Cerablusa qədər olan böyük ərazidən gedir. Əgər Türkiyə tələb etdiyi kimi 35-40 kilometr dərinliyə qədər ərazini nəzarətə götürsə, bu o deməkdir ki, kürdlərin muxtariyyət qurması mümkünsüz olur, ya da ən azı əldə etdikləri ərazinin böyük bir qismini, strateji məntəqələri itirirlər. Bu isə əlbəttə ki, Vaşinqtonun strateji kürd planlarına uyğun deyil. Bu səbəbdən də Pentaqon Türkiyəyə sərhəddə “təhlükəsiz zolağı” verməyə razılaşsa da, onun birgə nəzarət altında olmasını istəyir. Eyni zamanda ABŞ tərəfi 35 kilometrlik zonanın ayrılmasında maraqlı deyil, bu məsafənin daha kiçik olmasını istəyir. Lakin eyni zamanda Vaşinqton Ankaranın kürd məsələsindəki həssaslığını qəbul edərək, daha dərin münaqişə olmaması üçün kürdlər və Türkiyə arasında ayırıcı xəttin olması fikrini dəstəkləyir. Bu məsələdə isə Ankara və Vaşinqton arasında hələ də həll olunmamış məsələlər qalır.


Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

Yorumlar